Sahibkarı döyən nəğməkar şair seçkiyə hazırlaşır: Cəlal Qurbanov Şeyxin qudasının mandatına göz dikib – VİDEO

30.06.2024 - 14:43

Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib. Bundan həvəslənən bir çoxları deputat olmaq sevdasına düşüb. Belə şəxslər üçün Milli Məclis deputat toxunulmazlığı olmaqdan başqa bir şey deyil. Məhz toxunulmazlıq statusu ala bilmək üçün bir çoxları parlamentə can atırlar. Bu arada interpress.az-ın əldə etdiyi məlumata görə, belə şəxslərdən biri də mətbuatda Yasamal rayonunda yerləşən “Pinachi” kimyəvi təmizləmə mərkəzinin sahibi Fəhmin Əlizadəni döyməsi ilə məşhurlaşan Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şair, “Fire Land” prodakşının rəhbəri Cəlal Qurbanovdur. Məlumata görə, Cəlal Qurbanov artıq deputat olmaq üçün hərəkətə keçib. İş adamı seçkilərlə bağlı prosesə hazırlıq aparır.

Belələrini nə seçicilərinin problemləri, nə ölkənin problemləri, nə də qanunverici orqanda xalqın və dövlətin mənafelərinin qoruyucusuna çevrilən qanunların qəbulu maraqlandırır. Bu tipli şəxsləri əsasən özlərinin və bizneslərinin problemləri maraqlandırır və buna görə də deputat olmaq, toxunulmazlıq statusu almaq üçün hər şeyi edirlər. Çox təəssüflə qeyd etməliyik ki, baş tacımız olan şəhid ailələrini özünə qalxan seçən Cəlal Qurbanov kimi şəxslər Milli Məclisdə üstünlük təşkil etməyə can atırlar. Məlumata görə, iş adamı yaxın çevrəsinə “yuxarıdan” razılıq almışam, deputat olmağıma heç bir problem yoxdur” deyərək hazırlıqlara başlayıb. Məlumata görə, Cəlal Qurbanov 27 saylı Sabunçu ikinci seçki dairəsindən namizəd olacağını çəkinmədən hər yerdə deyir. Qeyd edək ki, həmin dairənin deputatı Şeyxülislam Allahşükür Paşazadənin qudası Qalib Salahzadənin oğlu Əliabbas Salahzadədir. Digər mənbənin məlumatına görə, Cəlal Qurbanov Yasamal rayonunun deputatı olmaq üçün danışıqlar aparır.
Bununla bağlı, cumhuriyyet.az olaraq bildirək ki, C. Qurbanov iki il öncə qalmaaqallı xəbərlə gündəmə gəlmişdi. Belə ki, Cəlal Qurbanov 2022-ci il aprelin 6-sı, saat 14:40 radələrində paytaxtın Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 36 ünvanında yerləşən “Pinachi” kimyəvi təmizləmə mərkəzində dava salıb. C.Qurbanov və onun bir neçə tanışı obyektin sahibi Fəhmin Əlizadənin üzərinə hücum edərək onu döyüblər.Rəsmi məlumata görə, Yasamal rayon sakini C.Qurbanov xuliqanlıq zəminində Xətai rayon sakini F.Əlizadəni döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsində araşdırma aparılmış, sonradan tərəflər arasında barışıq əldə olunmuşdur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=202100

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031