Şuşadakı Mamayı bulağı: ermənilər niyə haray salıb? – FOTO

19.04.2021 - 10:04

 

Şuşadakı Mamayı bulağı: ermənilər niyə haray salıb? - FOTO

 

Erməni Teleqram kanallarında Şuşada Mamayı (Mamay) bulağındakı tikili üzərində olan ermənicə yazılaların silinməsinə etiraz edirlər. Amma onlar bu tarixi abidəni 1992-ci ildə erməniləşdirdiklərini etiraf etmirlər.

Bu sözləri tarixçi alim Zaur Əliyev bildirib. Onun sözlərinə görə, Şuşada ilk bu tipli bulağı Xan qızı Natəvan çəkdirib:

“Sarıbaba təpəsindəki su mənbəyindən su çəkildi, “Xan qızı bulağı” yaradıldı. Uzunluğu 15, eni 7, hündürlüyü 4 metr olan bulaq 12 daş gözdən ibarət idi. İkinci bulağı isə 1900-cu ildə tanınmış sahibkar, şuşalı Səməd ağa Cavanşirov çəkdirib. O, 10 min manat pul xərcləyib, Şuşada “Mamayı” adlanan məhəlləyə içməli su kəməri çəkdirərək, şəhərin su təchizatı problemini demək olar ki, aradan qaldırıb.

Mamayı məhəlləsi Şuşanın mərkəzi hissəsində yerləşir. Şuşanın digər məhəllələri kimi, burada da məscid, bulaq, kiçik meydan və hamam olub.

Şuşada tarixi keçmişimizi silməyə çalışan ermənilər XIX əsrin yadigarı olan məscidi dağıdıblar. Mamayı məscidi Qarabağda yeganə tikili olub ki, üstündə azan vermək üçün “Gültəsdə” tikilib. Ermənilərin Şuşanı işğal etdiyi günə qədər bulağın yuxarı hissəsində kitabə olub. Kitabədə bulağın hicri tarixi ilə 1318-ci ildə, yəni miladi təqvimi ilə 1900-cu ildə Səməd ağa Cavanşir tərəfindən tikildiyi yazılıb.

Erməni işğalçıları Şuşa şəhərindəki bir çox abidələr kimi, Mamayı bulağını da erməniləşdirməyə çalışıblar. Belə ki, bulağın üzərindəki yazılar silinib və yerinə xaç işarəsi həkk olunub. Bundan başqa, ermənilər saxtakarlıq edərək bulağın daşlarının üzərinə erməni və rus dilində yazılmış lövhə də həkk ediblər.

Bu gün bunların sökülməsi tarixi həqiqətin və mədəni abidənin bərpasıdır. Allah Səməd ağaya rəhmət eləsin”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=162451

XƏBƏR LENTİ

virtual_roadi

05.05.2021Sevgi Ünvanı
Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31