İstanbul hayqırdı: “Can Azərbaycan, bizimləsən!”

18.07.2016 - 11:10

rr-191Türkiyədə dövlət çevrilişinə cəhdin uğursuluqla başa çatmasında ən böyük rolu dövlət qurumları və ya hüquq-mühafizə orqanları yox, adi vətəndaşlar oynadılar.

O kəslər ki tankların qarşısına çıxdılar, güllələrə sinələrini sipər edərək Vətəni, Konstitusiyanı, demokratiyanı qorudular.
Milli.Az bildirir ki, yüz minlərlə insan Türkiyənin küçələrinə və meydanlarına hansısa partiyanı, siyasətçini, qurumu qorumaq üçün yox, cumhuriyyəti, demokratik dəyərləri, qanunu, keçmişi və gələcəyi müdafiə etmək üçün çıxmışdılar.

Qiyamçıların qarşısını alan, əllərindəki bayraqları ən güclü silah, “Rədd olsun çevriliş, yaşasın demokratiya!” şüarlarını ən yenilməz sursat hesab edənlərin qarşısında xunta geri çəkildi, uduzdu.
Türkiyənin meydanlarına sel kimi axanların arasında yüzlərlə, minlərlə azərbaycanlı da vardı.

Dünən İstanbulda meydanlarda dalğalanan bayraqlar arasında Azərabycan bayraqları da vardı.
Axşam saatlarında Azərbaycan bayraqlarının yüksəldiyini görən istanbullular riqqətə gəliblər, “Can Azərbaycan, bizimləsən!” deyiblər.

İstanbul, Ankara, İzmir, Denizli və daha neçə şəhərdəki meydanlarda “Türkiyə və Azərbaycan – bir millət, iki dövlət!” söyləyənlərin nə sayı vardı, nə də hesabı.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=70165

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930