“Vesta Constuction” vətəndaşları narazı salır – GİLEY

11.04.2018 - 11:39

Azərbaycanda Prezident seçkilərinin 6 ay önə çəkilməsi həm siyasi, həm hüquqi baxımdan uğurla qəbul edilmiş qərardır. Lakin bu qərar bir çox şirkətlər, bir çox şəxslər üçün arzuedilməz olduğu yəqinləşir. Məsələ burasındadır ki, bir çox şirkətlər açıq şəkildə sadə vətəndaşları ölkədən, xüsusən ölkə başçısından küsdürməyə, seçkiöncəsi insanları ruhdan salmağa yönəlik addımlar atmaqdadırlar.

Qlobal.az xəbər verir ki, daxil olan şikayətlərdən biri də “Vesta Construction”şirkətinin “MY HOME” pilot layihəsi ilə bağlıdır. Belə ki, Şirin Mirzəyev küçəsində inşa edilən “Vesta Construction”şirkətinin “MY HOME” pilot layihəsindən ev alan gənc ailə mənzilin dəyərini birdəfəlik, nağd şəkildə ödəyib. Müqavilə əsasında alınan mənzildə müştəri Elşən Məmmədov tam olaraq bütün öhdəlikləri nizamlı vətəndaş kimi yerinə yetirib. Məsələ burasındadır ki, Elşən Məmmədov şəxsi, nağd şəkildə aldığı mənzilinə daxil ola bilmir, mənzilin açarları qanunsuz şəkildə müştəriyə təqdim olunmur.

“Özünü “Vesta Construction”şirkətinin icraçı direktoru kimi təqdim edən Ömər adlı şəxs açarlarımı vermək üçün 1500 manat məbləğində sayğac adı altında “şirinlik” istəyir. Mən bu qədər vəsaitimin olmadığını, 200-300 manat vermə imkanım oldğunu desəm də o razılaşmadı. O, mənə Nizami icra hakimiyyətinə güvəndiyini, heç kimdən qorxmadığını bəyan etdi. Mən isə hüquqi dövlətdə yaşadığımızı, qanunla bu məsələni yoluna qoyacağımı dedim. Çox təəssüf ki, Ömər bəyin dedikləri hələ ki öz təsdiqini tapır. Yəni “odda yanmaz, suda batmaz” olduğunu sübut edir. Çünki mən Daxili İşlər Nazirlinin 102 xidməti müraciət etdim, sağ olsunlar dərhal reaksiya verdilər. Ancaq 25-ci Polis bölməsinin sahə müvəkkili Asəf Zeynalov bu cinayətə göz yumur, heç bir tədbir görmür. Fakt mən mənzilimin pulunu tam ödəmişəm və açarları ala bilmirəm. Qanunsuz məndən 1500 manat tələb edilir. Amma Asəf Zeynalov bu fakta göz yumur və heç bir nəticə əldə edə bilmir. Mən bu barədə Cənab Prezident İlham Əliyevə və Daxili İşlər Naziri Cənab Ramil Usubova müraciət edəcəm. Vəzifəsində sui istifadə edərək vətəndaşları dövlətdən narazı salan şəxslər birmənalı şəkildə cəzalandırılmalıdırlar”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=117230

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930