Aprel şəhidinin meydandakı oğlu: “Çox xoşbəxt idim”

01.12.2018 - 10:50
”Qarabağ” – “Sportinq” oyununda meydana ulduz futbolçularla yanaşı, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhid övladları da çıxıb.

“Qarabağ” futbol klubunun oyunçularını müşayiət edən azyaşlı uşaqlar Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhid övladları və nəvələridir.

Qeyd edək ki, ötən gün Bakı Olimpiya Stadionunda “Qarabağ” klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində Portuqaliyanın “Sportinq” klubu ilə qarşılaşıb. “Qarabağ”ın oyunçularla meydana çıxan uşaqlar arasında Milli Qəhrəman Şirin Mirzəyevin nəvəsi – 7 yaşlı Mirzəyev Şirin Vaqif oğlu, Milli Qəhrəman Allahverdi Bağırovun nəvəsi – 6 yaşlı Bağırov Əli Elşən oğlu və 2016-cı ilin Aprel döyüşlərinin şəhidi Raquf Orucovunoğlu – 12 yaşlı Oruclu Nihad Raquf oğlu da olub. Məqsəd isə futbolçuları qələbəyə ruhlandırmaq, dünya ictimaiyyətinin diqqətini bir daha Ağdamın hələ də işğal altında olması faktına yönəltməklə məcburi köçkün ailələrinin və onların övladlarının öz torpaqlarına qayıtmaq istəyini, komandanın oyunlarının doğma torpaqda keçirilməsi arzusunu nümayiş etdirmək olub.
Oyunda iştrak edən Aprel döyüşlərində şəhid olmuş Raquf Orucovun oğlu 12 yaşlı Nihad Oruclu deyir ki, meydana komandanın kapitanı Rəşad Sadıqovla çıxıb. Nihad çoxsaylı azarkeş qarşısına ilk dəfə çıxdığından bir az həyacanlı olduğunu deyir.
Gələcəkdə futbolçu olmaq istəməyən Nihad Oruclu, geyinib-soyunma otağından meydana çıxana qədər hətta bəzi futbolçularla söhbətləşdiyini də deyir. İngilis dilində sərbəst danışdığı üçün o, rəqib komandanın oyunçuları ilə də uzaqdan salamlaşıb.
Milli Qəhrəman Allahverdi Bağırovun nəvəsi – altı yaşlı Bağırov Əli Elşən oğlu isə meydana komandanın qapıçısı ilə çıxıb. Bu da onun öz istəyi ilə olub. Əli söhbət əsnasında bildirdi ki, gələcəkdə futbolçu olsa, qapıçı duracaq.
Oyun 6-1 hesabi ilə, “Qarabağ”ın məğlub olmasıyla başa çatıb. Bu məğlubiyyətə bütün azarkeşlər kimi bu balacalar da üzülüblər. (Xəzər TV)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=125127

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Dekabr 2018
BE ÇA Ç CA C Ş B
« Noy    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31