Nazir: “Belə razılıq əldə olundu ki…”

06.12.2018 - 09:58

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ötən gün dekabrın 5-də axşam Milanda baş tutmuş növbəti görüşü üç saatdan çox davam edib. Virtualaz.org xəbər verir ki, Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan bu formatda görüşləri davam etdirmək barədə anlaşıblar. Lakin Rusiya XİN-in əvvəlcə anons etdiyinin əksinə olaraq nazirlər görüşün yekunlarına dair birgə bəyanatla çıxış etməyiblər.

Görüşdən sonra Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında görüşün “mühüm və faydalı olduğunu” deyib.

“Razılıq əldə olundu ki, danışıqları bu formatda yaxın gələcəkdə davam etdirək, çox böyük ehtimalla gələn ay”-Azərbaycan XİN rəhbəri bildirib.

Ermənistan XİN-in mətbuat xidmətinin yaydığı məlumatda isə deyilir ki, nazirlər bu formatda görüşləri davam etdirmək və bu zaman formalaşmış dinamikanı saxlamaq məsələsində anlaşıblar. “Azərbaycan və Ermənistan xarici siyasət idarələrinin rəhbərlərinin görüşü ona yönəlmişdi ki, tərəflər bir-birlərinin Qarabağa dair mövqeləri və yanaşmaları ilə əsaslı şəkildə tanış olsunlar”-erməni tərəfi belə iddia edir. Hərçənd danışıqlar 25 ildir davam edir və bu müddət ərzində tərəflər bir-birlərinin mövqeləri ilə “əsaslı şəkildə tanış olmağa” yəqin ki, vaxt tapa bilmişdilər…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=125293

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930