Robert Köçəryan həbs olundu – VİDEO

08.12.2018 - 00:34

Ermənistanın Apellyasiya Məhkəməsinin qərarı ilə ölkənin keçmiş prezidenti Robert Köçəryan həbs olunub. Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir. Ermənistan milli təhlükəsizlik xidmətinin başçısı Artur Vanetsyan xəbəri təsdiqləyib. Onun sözlərinə görə, R.Köçəryan “İrəvan-Kentron”da saxlanılır.
Qeyd edək ki, 2008-ci ilin 1 mart hadisələrinə görə ittiham olunaraq avqust ayında həbs edilən R.Köçəryan az sonra Rusiya prezidenti Vladimir Putinin müdaxiləsi nəticəsində həbsdən buraxılmışdı. Ancaq onun ölkədən çıxışına qoyulan qadağa götürülməmişdi. Sonrakı günlərdə Putin R.Köçəryana zəng edərək onu ad günü münasibətilə təbrik edəndən sonra eks-prezidentin xilas olunduğu barədə rəy yaranmışdı. Lakin görünür Nikol Paşinyan Rusiyaya son səfərində Putinlə anlaşa bilmədiyindən, onun dostu Köçəryanın həbsinə qərar verib. Köçəryan artıq həbs edilib və “İrəvan-Kentron”da saxlanılır.

Sankt-Peterburq görüşlərində N.Paşinyana saymazyana münasibət, Ermənistanın KTMT baş katibliyini davam etdirməklə bağlı istəklərinə “yox” deyilməsi geniş müzakirə olunmaqdadır. Güman ki, N.Paşinyan bu yolla Putinə cavab vermək istəyir. Seçkilərə iki gün qalmış R.Köçəryanın həbsə atılması həm də Paşinyana rəqib olan Qarabağ klanının gözünü qırmağa hesablanmış addım da sayıla bilər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=125370

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2019
BE ÇA Ç CA C Ş B
« Dek    
 123456
78910111213
14151617181920
21222324252627
28293031