Qarabağ qaziləri Türkiyə prezidenti ilə görüşdülər – FOTOLAR

20.05.2019 - 09:23

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə Türkiyənin Samsunq şəhərində olan Qarabağ qaziləri və Birliyin rəhbərləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüblər. Bu barədə Birliyin rəhbəri Emin Həsənli musavat.com -a məlumat verib.

Emin Həsənli deyib ki, rəhbərlik etdiyi təşkilatın təmsilçiləri və Qarabağ qaziləri Atatürkü anma, gənclik və idman bayramı münasibəti ilə Türkiyədə səfərdədir: “Böyük Atatürk tərəfindən Qurtuluş savaşının 19 may 1919-cu ildə SAMSUNdan başladılmasının 100 illiyini qeyd edən Türkiyənin ən əziz qonaqları sırasında Qarabağ qaziləri də var. Burada qazilərimizə yüksək diqqəti görürük. Türkiyə prezidenti Tayyib Ərdoğanla görüş də bu yüksək diqqətin nəticəsidir. Görüş isti keçdi, Türkiyə prezidentinə təşkilatımız və qazilərimiz haqda məlumat verdik, simvolik hədiyyələr təqdim etdik. Səfərimuz davam edir”.

Musavat.com

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=128384

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031