Fuad Abbasovun anasından prezidentə və birinci xanıma MÜRACİƏT – VİDEO

11.06.2019 - 23:18

Rusiyada saxlanılan jurnalist Fuad Abbasovun anası Büllur Abbasova prezident İlham Əliyevdən və vitse-prezident Mehriban Əliyevadan kömək istəyib. Cumhuriyyet.az Büllur xanımın müraciərini təqdim edir:
“Oğlum Fuad Abbasov Rusiya telekanallarında Azərbaycanın və Türkiyənin maraqlarını qoruyan yeganə azərbaycanlı jurnalistdir. Məhz bu fəaliyyətinə görə, Azərbaycan xalqının haqq səsini ucaltdığına görə, üzdəniraq düşmənlərimiz tərəfindən daim təqib olunmuş, həyatı üçün təhlükə yaranmışdır.
Nəhayət onlar istəklərinə çatmışlar, qanunsuz yollarla Rusiyadan deportasiya qərarının çıxarılmasına nail olmuşdurlar. Bütün bu hadisələrin ən dəhşətlisi odur ki, məhkəmənin Rusiya Federasiyasından deportasiya haqqında qərarı icra olunarkən, daha dəqiq desək, oğlum saxlanıldığı təcridxanadan hava limanına aparılarkən kiminsə göstərişi ilə yarı yoldan geri -təcridxanaya qaytarılmışdır. Bu günə qədər orada saxlanılır. Heç bir rəsmi qurum onun saxlanılması ilə bağlı heç bir səbəb gətirmir.
Oğlum buna etiraz olaraq aclıq aksiyasına başlayıb. Biz çox narahatıq. Bu aradakı müddətdən istifadə edib, Fuad Abbasovu şər və böhtanla ləkələyib, hər hansı bir cinayətdə təqsirləndirərlər.
Hörmətli prezident və vitse-prezident, oğlumun bu anlaşılmaz məsələdən tezliklə çıxmasına, məsələnin düzgün həll olunmasına kömək etməsini bir ana kimi xahiş edirəm”.
Xatırladaq ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi Fuad Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə apelyasiya şikayətini təmin etməyib. Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılan azərbaycanlı jurnalist Fuad Abbasov haqqında çıxarılan deportasiya qərarı hələ də icra edilməyib. O, buna etiraz olaraq başlatdığı aclıq aksiyasını 4 gündür davam etdirir. Jurnalistin səhhəti, qərarın niyə icra olunmadığı və hələ də orada saxlanılmasının səbəbi barədə ailəsinə dəqiq məlumat verilmir.

Mgid
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=128886

XƏBƏR LENTİ

20.07.2019Təbrik edirik

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2019
BE ÇA Ç CA C Ş B
« İyn    
1234567
891011121314
15161718192021
22232425262728
293031