BŞİH Qarabağ komitəsinin mitinqinə razılıq verməyib
Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Qarabağ komitəsinin iyulun 23-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.
APA-nın məlumatına görə, BŞİH-də müraciətə baxılıb və Qarabağ komitəsinin Yasamal rayonu, İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) mitinq keçirməsinə razılıq verilməyib.
Bununla bağlı təşkilatçılara məlumat çatdırılıb.
Short URL: https://www.cumhuriyyet.net/?p=129907