Əli Əhmədov: “YAP parlamentdə öz çoxluğunu qoruyub saxlayacaq”

06.12.2019 - 11:54
Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov Azərbaycan Prezidenti İlham Əliyevin növbədənkənar seçkilərlə bağlı imzaladığı sərəncama münasibət bildirib.

Lent.az -ın məlumatına görə, Əli Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyası (YAP) növbədənkənar parlament seçkilərinin keçirilməsində yaxından iştirak edəcək:

“Bununla bağlı namizədlərimizi irəli sürəcəyik. YAP-ın sədri İlham Əliyevin Azərbaycanda kifayət qədər yüksək reytinqinin olması bizə bu inamı verir ki, qarşıdan gələn növbədənkənar parlament seçkilərində YAP-ın irəli sürdüyü namizədlər Azərbaycan seçicilərinin böyük əksəriyyətinin rəğbətini və səsini qazanacaqlar. Beləliklə də YAP Azərbaycanın parlamentində öz çoxluğunu qoruyub saxlaya biləcək.

Mən belə hesab edirəm ki, Azərbaycanın bütün vətəndaşları parlamentin vaxtından əvvəl buraxılması ilə əlaqədar YAP-ın təşəbbüsünü müsbət qiymətləndirir. Beləliklə biz Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahat strategiyasına hakimiyyətin digər bir qolunun da qoşulmasının şahidi oluruq. Yəni, parlamentin və qanunverici hakimiyyətin də islahatlar sferasına cəlb olunması bütövlükdə Azərbaycanda islahatların, yeniləşmənin, müasirləşmənin daha böyük sürətlə və daha intensiv şəkildə həyata keçirilməsini təmin edəcək”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=138116

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930