Ölkəmizdə koronavirus təhlükəsi varmı? – Baytarlıq müfəttişi görülmüş işlərdən danışdı

20.02.2020 - 18:50

“Yanvarın 10-dan sonra Ukrayna, Slovakiya, Rumıniya, Macarıstan, Polşa, Çexiya, Almaniya, Hindistan, Danimarka, Səudiyyə Ərəbistanı, Vyetnam, Çin ölkələrindən Azərbaycana quş və quşçuluq məhsullarının gətirilməsi qadağan olunub. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı əvvəlcə xəstəliyi, sonra isə stabillik yaranmasını elan edir. Stabillik yarananda qadağa götürülür”.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib.

Onun sözlərinə görə, hazırda dünyanın 21 ölkəsində 30 ünvanda xəstəlik aşkarlanıb. AQTA ölkədə “quş qripi” ilə bağlı hər ay monitorinq keçirir. Sonuncu monitorinq fevralın 14-də başa çatıb. Monitorinqlər təbiət əraziləri, ailə, həyətyanı quşçuluq və böyük quşçuluq təsərrüfatlarını əhatə edir. İlkin nəticələrə görə heç bir yerdə xəstəlik aşkarlanmayıb. Bu il biotəhlükəsizlik səviyyəsi 3 olan səyyar laboratoriyalar monitorinqlərdə iştirak edir. Yəni, təbiət ərazilərində laborator müayinələr həmin laboratoriyalarda keçirilir. Digər quşçuluq müəssisələrindən götürülən nümunələr də Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi baytarlıq laboratoriyasında müayinə olunur.

Q. Əbdüləliyev deyib ki, koronavirusla bağlı risk daşıyan məhsulların siyahısı müəyyənləşdirilib və həmin məhsullar diqqətdə saxlanılır: “Həmin məhsulların həm daxili bazarda, həm idxal olunan vaxt təhlükəsizliyi tam nəzarətdə saxlanılır. Amma bu günə qədər hər hansı təhlükəyə rast gəlinməyib. Bildiyiniz kimi, koronavirus infeksiyasının diaqnostikası ölkəmizdə aparıla bilir. Artıq həm avadanlıq, həm müvafiq diaqnostik dəstlər ölkəmizə gətirilib. Biz bu həftənin sonunda görülmüş işlər barədə ətraflı məlumat verəcəyik”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=142952

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930