ABŞ-da gün ərzində koronavirusdan rekord sayda insan öldü

08.04.2020 - 10:48

ABŞ-da sutka ərzində koronavirusdan rekord sayda ölüm hadisəsi qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə CNN telekanalı federal və yerli hakimiyyət orqanlarının statistikası əsasında hesablamalar aparan Con Hopkins Universitetinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, son gündə Birləşmiş Ştatlarda 1 700 nəfər pandemiyanın qurbanı olub. Daha əvvəl Con Hopkins Universiteti Birləşmiş Ştatlarda pandemiya qurbanlarının sayının 12 min 21 nəfər təşkil etdiyini bildirib. Ölkədə koronavirusa təsdiq edilmiş yoluxma hallarının sayı 383 min nəfərə çatıb, virusa yoluxmuş 20 min xəstə sağalıb.

Çin hakimiyyəti ötən ilin 31 dekabrında Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Uhan şəhərində yeni pnevmaniyanın yayılması barədə məlumatlandırıb. ÜST martın 11-də koronavirusu pandemiya elan edib.

Son məlumatlara görə, dünyada koronavirus qurbanlarının sayı 80 min nəfəri ötüb. COVID-19 infeksiyasına yoluxanların sayı 1,4 milyon nəfərdən çoxdur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=144943

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930