Bakıda 2 günlük çölə çıxmağa qadağa qoyulur? – AÇIQLAMA

28.05.2020 - 12:17

Xəbər verdiyimiz kimi dünən Azərbaycanda koronavirusa yoluxanların sayı keçən günlərə nisbətən daha çox olub.

Belə ki, 165 nəfərdə yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 2 nəfər ölüb, 78 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Ölkə ərazisində koronavirusa yoluxanların sayı çoxalma dinamikası ilə davam edərsə bölgələrdə və Bakıda insanların çölə çıxmasına 2 günlük qadağa qoyula bilərmi?

Bununla bağlı sonxeber.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, bununla bağlı qərarları Operativ Qərargah verir: “Hər kəsin ekspert kimi çıxış edərək yol göstərməsi pandemiya ilə mübarizəyə maneə ola bilər. Çünki Operativ Qərargahda daha geniş məlumatlar var. Onlar bilirlər ki, yoluxma həddi, ağır, yüngül xəstələrin sayı və ölənlərin sayı nə qədərdir, proqnoz necədir. Bizim vətəndaş kimi borcumuz qoyulan qaydalara əməl etmək, tövsiyyələri yerinə yetirmək, sosial məsafəni qorumaq, qoruyucu tibbi maskalardan və əlcəklərdən istifadə etmək, sanitar-gigyenik normaları qorumalıyıq. Koronavirusun nə qədər ki, vaksini tapılmayıb, biz hamımız özümüzü və yaxınlarımızı qorumalıyıq. Təbii ki, qərarları hökumət və Operativ Qərargah verəcək. Bu barədə nəyisə fikir söyləməyimiz doğru olmaz. Amma mən bu barədə nikbinəm. Çünki yoluxanların sayı artsa da, müşahidələr onu göstərir ki, çoxusu ağır xəstələr deyil. Artıq Operativ Qərargahın nəzarəti altında proses gedir. Sağalanların da sayı artır. Əsas məsələ prosesin nəzarət altında olmasıdır. Amma hansı tədbirlər görülə biləcəyi Operativ Qərargahın səlahiyyətindədir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=147328

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930