Cəbhədən son xəbər: Şəhidlərin adları, düşmənə sarsıdıcı zərbə

12.07.2020 - 22:40

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.
Müdafiə Nazirliyindən Musavat.com-a verilən məlumata görə, Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.
Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!
Azərbaycanın Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini, general-leytenant Nizam Osmanov bu gün işğalçı Ermənistanın Tovuz rayonu istiqaməti törətdiyi təxribatdan danışıb. Musavat.com-un məlumatına görə, general-leytenant Nizam Osmanov Demokrat.az-a açıqlamasında bildirib ki, hazırda işğalçı düşmən təşviş içindədir: “Ermənistan hərbi birləşmələri dövlət sərhədimizdə növbəti dəfə təxribata cəhd edib. Ancaq Azərbaycan Ordusu düşmən təxribatının qarşısını layiqincə alıb, Ermənistan ordusuna sarsıdıcı zərbə vurub. Hazırda cəbhə bölgəsindəyik, vəziyyət ordumuzun tam nəzarəti altındadır. Düşmən təşviş içindədir. İgid və qəhrəman hərbiçilərimiz düşmənə ağır və sarsıdıcı zərbə endiriblər”.
Qeyd edək ki, bu gün düşmən Tovuz rayonu istiqamətində artilleriyadan istifadə etməklə təxribat törədib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=149782

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930