Ermənilər ABŞ-ın mərkəzində azərbaycanlılara hücum edib

22.07.2020 - 11:49
Ermənilərin daha çox yaşadığı ABŞ-ın Los-Anceles şəhərində azərbaycanlılarla ermənilər arasında ciddi qarşıdurma yaşanıb, – bu barədə Anews.az-a jurnalist Qənirə Ataşova məlumat verib.
Onun sözlərinə görə, hətta polis ermənilərin qarşısını ala bilməyib. “Ermənilər Qarabağla bağlı protest təşkil edib. Bizimkilər də hadisə yerinə gəlib “Qarabaq” şüarını səsləndirməyə başlayıblar. Amma ermənilərin sayı çox olub. Polis azərbaycanlıları  ermənilərin əlindən almağa çalışsa da onlar polisə belə şiddət edərək bizimkiləri döyməyə başlayıb. Bu bir daha sübut edir ki, ABŞ-ın mərkəzində belə vəhşilik edən millət Xocalıda da qırğınlar törədə bilərdi”,  deyə jurnalist  vurğulayıb.
Ataşovanın sözlərinə görə, döyülən yeddi azərbaycanlı  xəstəxanaya  yerləşdirilib, aralarında reanimasiyaya qoyulanlar da var.
Jurnalist bildirir ki, Los-Ancelesdəki  Azərbayca konsulluğunun işçiləri polisin ermənilərlə əlbir olmaqda şübhələnir. “Çünki bizimkilər ermənilərdən aralı dayanıbmış. Onları ermənilər tərəfə polis keçirib. Bundan sonra bizimkiləri döyməyə başlayıblar”, – deyə Ataşova əlavə etdi.
Mahir Rüstəmli

 





https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=150621

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930