COVİD-19-dan VƏFAT EDƏN HƏKİMLƏRİMİZİN SAYI 35-ə ÇATDI – Adlar

31.07.2020 - 20:25

Azərbaycanda indiyədək koronovirus infeksiyasına ümumilikdə 31 878 nəfər yoluxması faktı müəyyən edilib, onlardan 25 882 nəfər müalicə olunaraq sağalıb, 448 nəfər vəfat edib, aktiv xəstə sayı 5 548 nəfərdir. Vəfat edənlər arasında pandemiyaya qarşı mübarizəyə səfərbər edilmiş səhiyyə işçilərinin sayı kifayət qədər yüksəkdir.

Dünən Silahlı Qüvvələrin Baş Klinik Hospitalının anestezioloq-reanimatoloqu, mayor Teymur Cəfərov dünyasını dəyişib. BeləlikləCOVID-19 virusu ilə mübarizədə itirdiyimiz tibb işçilərinin sayı 35-ə çatıb. “AzPolitika.info” sosial şəbəkələrdə yayılan məlumatlara istinadən onların adlarını təqdim edir:

1.Silahlı Qüvvələrin Baş Klinik Hospitalının anestezioloq-reanimatoloqu, mayor Teymur Cəfərov

2. Əhməd Şirinzadə – Sumqayıt Ruhi-Əsəb Xəstəlikləri Dispanserinin həkimi.

3. Kəmalə Dəhqani – Gəncə şəhəri, uşaq nevroloqu

4. Kamil Əliyev – Astara Mərkəzi Rayon Xəstəxanası, (MRX) cərrah

5. Mehman Hüseynov – Gəncə şəhəri, ortoped-travamotoloq

6. İbadət Ağayev – Cəlilabad Təcili Tibbi Yardım Stansiyasının (TTYS) həkimi

7. Ceyhun Hacıyev – Bakı şəşəhəri, anestezioloq-reanimatoloq

8. Faiq Yusifov – Respublika OnKoloji Mərkəzin baş mütəxəssisi, damar cərrahı

9. Fərman Süleymanov – Sumqayıt Şəhər Xəstəxanasının həkimi

10. Faiq Ağayev – Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkimi

11. Fikrət Namazov – ATU-nun onkologiya kafedrasının onkoloqu

12. Rəna Məmişova – Mingəçevir Şəhər Xəstəxanası, reanimasiya şöbəsinin həkimi

13. Zakir Xəlilov – Bakı şəhəri, TTYS-nin həkimi

14. Ruhiyyə Kərimova – Bakı şəhəri, kardioloq

15. Tahir Bababəyli – İstanbul, Başakşehir

16. Tərlan Hüseynli – Mingəçevir şəhəri, stomatoloq

17. Surxay Quliyev – Gəncə şəhəri, TTYS-nin həkimi

18. Gülnarə Xəlilova – Mərdəkan 26 saylı Birləşmiş Xəstəxanası, pediatr

19. Cəmşid Abbasov – Gəncə şəhəri, TTYS-nin həkimi

20. Kərəm Yaqubov – Kliniki Tibbi Mərkəz, Həkim-reanimatoloq

21. Ulduz Əhmədova – Yevlax rayonu Havvarı Kənd Xəstəxanasının Baş həkimi

22. Surət Abbasov – Gəncə şəhəri, TTYS-nin həkimi

23. Fəxrəddin Məmmədov – Sumqayıt şəhər 5 Saylı Uşaq Poliklinikası, rentgenoloq

24. Qəşəm Hüseynov – Bakı şəhəri, TTYS-nin həkimi

25. Sədaqət Həsənova – Bakı şəhəri, N.Nərimanov adına 1 saylı Uşaq Yolxucu Xəstəliklər Xəstəxanasının pediatrı

26. Əlipənah Qarayev – Mingəçevir Şəhər Xəstəxanası ortoped-travmatoloq

27. Aidə İsmayılova – Bakı, 25 saylı poliklinikada Terapiya şöbəsinin müdiri

28. Pirverdi Hümbətov – Cəlilabad Qarazəncir kənd həkim məntəqəsini müdiri

29. Cəlil Qocayev – Qazax Xanlıqlar kənd həkim məntəqəsinin həkimi

30. Mətanət Atayeva – Bakı Suraxanı rayonu 23 saylı poliklinikada terapevt

31. Valiyə Peykər – Bakı 7 saylı Doğum Evinin cərrah mama-ginekoloqu

32. Təranə Quliyeva – Bakı 5 saylı Poliklinikanın həkimi

33. Səfərova Zərifə – Bakı Elmi Tədqiqat Pediatriya İnstitutunun həkimi

34. Xasay Bayramov – Sumqayıt TTY-nin həkimi

35. Tofiq Əliyev – Bakı Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının həkimi.

“AzPolitika.info”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=151467

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930