“Cənubi Qafqazda türklərlə müqayisədə Moskvanın kartları daha güclüdür , amma…”

01.08.2020 - 16:30

Azərbaycan-Ermənistan sərhədində baş verənlər və buna cavab olaraq Türkiyənin Azərbaycana birmənalı dəstəyi, Moskvanın regionda cərəyan edən hadisələrə reaksiyası Vaşinqtondakı nüfuzlu Yaxın Şərq İnstitutu (Middle East Institute) tərəfindən analiz edilib.

Virtualaz.org xəbər verir ki, beyin mərkəzi öz təhlilində iyuldakı toqquşmaların Dağlıq Qarabağ regionundan xeyli aralıda, əvəzində strateji əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolunun bilavasitə yaxınlığında baş verdiyini qeyd edir.

“Ona görə də təəcüblü deyil ki, Türkiyə dərhal və olduqca kəskin reaksiya verib Ermənistanın hərəkətlərini qınadı. Yerevana qarşı Ankarada demək olar bütün siyasi partiya liderləri çıxış etdi, kürdlərin Xalq Demokratik Partiyasından başqa. Oxşar bəyanatlarla Türkiyənin müdafiə və xarici işlər nazirləri də çıxış etdi. Lakin Ermənistana qarşı ən güclü hədə bəyanatını məhz prezident Rəcəb Tayyi Ərdoğan verdi, bildirdi ki, toqquşmalar Dağlıq Qarabağdakı təmas xəttindən çox aralıda, məhz Ermənistanın günahı üzündən baş verib. Dövlət başçısı eyham vurdu ki, bu addım müəyyən xarici qüvvəyə sərfəlidir”,-təhlildə deyilir.

Middle East Institute ekspertləri qeyd edirlər ki, bu Rusiyaya ünvanlanmış incə eyham idi. Ona görə də bununla bağlı sual meydana çıxır-Moskva ilə Ankara Liviya və Suriyadakı qarşıdurmanı Cənubi Qafqaza da yaymağa hazırdırmı?

Amerikalı təhlilçilərə əsasən bu, bir sıra səbəblərdən az ehtimal olunandır. Təhlildə deyilir ki, regionda Moskvanın əlində rəqibinə nisbətən daha güclü kartlar var. Belə ki, Rusiya və Ermənistan rəsmi müttəfiqlik münasibətlərindədir, ruslar öz müttəfiqlərinin ərazilərində hərbi baza saxlayır. Hansı ki, türklərin Su-24 təyyarəsini Suriya ilə sərhəddə vurmasından sonra baza əhəmiyyətli şəkildə modernizasiya olunub.

“Bununla belə Ermənistanla sıx əlaqələrinə baxmayaraq Moskva qərəzsiz arbitr kimi çıxış edə  bilir. Kremlin Dağlıq Qarabağa baxışları onun digər dondurulmuş münaqişələrə dair mövqeyindən əhəmiyyətli ölçüdə fərqlənir. Moskva ehtiyat edir ki, Ermənistana açıq-aşkar dəstək nəinki Rusiyanın Azərbaycanla isti münasibətlərini təhdid edər, eyni zamanda Bakını Qərbdən kömək axtarmağa itələmiş olar”,-təhlildə deyilir.

Analitiklər bildirirlər ki, Ermənistana açıq dəstəyin yerinə Rusiya hər iki tərəf üçün əvəzedilməz partnyor kimi qalmaq istəyir. Ermənistanın Rusiyadan asılılığı Kremlin qarşı çıxdığı inqilab nəticəsində hakimiyyətə gələn baş nazir Paşinyan kimi liderə də aydındır.

“Türkiyə hakimiyyəti belə görünür ki, Rusiya ilə birbaşa qarşıdurmaya hazır deyil. Hərçənd bu və ya başqa cür olsun, Türkiyə eskalasiya halında Azərbaycanı dəstəkləməli olacaq”,-amerikalı ekspertlər bildirir.

Virtualaz.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=151546

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930