“Laçi”nin baş məşqçisi: “Keşlə” ilə matçda futbolçuları cəsarətləndirdim”

31.08.2020 - 11:24

“Təsnifat mərhələsini adlamaq yaxşı haldır. Lakin bu dəfə xüsusi alındı. Çünki 50-60 dəqiqə azlıqda mübarizə apardıq, seçim imkanımız azaldı. Bəzən gücümüz tükəndi, şansın bitdiyini düşündük”. 

“Report” “Panorama” nəşrinə istinadən xəbər verir ki, bu fikirləri Albaniyanın “Laçi” komandasının baş məşqçisi Armando Kunqu “Keşlə”ni məğlub etdikləri UEFA Avropa Liqasının I təsnifat mərhələsi matçı barədə danışarkən deyib.

47 yaşlı mütəxəssis bildirib ki, həmin qarşılaşmada futbolçularına inanıb:

“Möhkəm, kompakt komandayıq. Bunu çempionatda göstərmişik. Futbolçulara qol buraxmadan oyunu 91-ci dəqiqəyə qədər gətirmələri üçün cəsarətləndirdim. Standart vəziyyətlərdə ehtiyatlı olmağı söylədim. Sonra isə onlarla ünsiyyət qurmaq üçün fürsətimiz oldu. Tapşırdım ki, sağlam olmalı və parçalanmamalısınız. Onlara “Qəhraman olmaq üçün həmin gecə gəldi” söylədim”.

Qeyd edək ki, “Laçi” əsas və əlavə vaxtı 0:0 hesabı ilə bitən matçda “Keşlə”ni penaltilərlə üstələyib – 5:4.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=153242

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930