“Korona”nın payızı – necə hazırlaşmalı…

04.09.2020 - 10:22

Rusiya “korona” peyvəndinə başlayır, biz də edəkmi? – Komitə sədri, həkim və tanınmışlardan reaksiya

Qamaley Mərkəzinin direktoru Aleksandr Ginzburq deyib ki, Rusiyanın koronavirusa qarşı hazırladığı peyvənd tətbiq edildikdən sonra ən azı iki il effektiv olacaq. Onun müavini Denis Loqunov isə Rusiyanın COVİD-19 peyvəndi ilə bağlı deyib ki, kütləvi istehsalının 2020-ci ilin sentyabrında başlanacağı gözlənilir. İlk dəfə sentyabrda risk qrupundan olan insanlar, xüsusilə həkimlər və müəllimlər peyvənd ediləcəklər.

Rusiyanın səhiyyə naziri Mixail Muraşko isə deyib ki, noyabr-dekabr aylarından sonra kütləvi peyvəndləmə planlaşdırılır. Nazirin sözlərinə görə, dərmanın qeydiyyatdan sonrakı tədqiqatları bu həftə başlayacaq: “Bu tədqiqatlar bütün nüansları, detalları izləməyimizə imkan verəcək. Peyvəndin təsirli, təhlükəsiz olduğunu görürük, amma daha da ətraflı araşdırma aparmaq istəyirik. Müxtəlif patologiyaları, bəzi özəllikləri olan xəstələrə rast gəlirik”.

London Universitet kollecinin professoru, isverçəli məşhur alim Fransua Ballu Rusiyanın koronavirus əleyhinə peyvəndi qeydə almasına hiddətini ifadə edib. Onun sözlərinə görə, tələm-tələsik şəkildə bazara buraxılan preparatlar əhali üçün ciddi təhlükə mənbəyi sayılır.

“Həm axmaq, həm də təhlükəli bir qərardır. Bunu COVİD-19 əleyhinə peyvəndlə silahlanma uğrunda gedən yarışın gedişində qəbul edilən siyasi qərar adlandırmaq olar”, – deyə o, Rusiya prezidenti Vladimir Putinin çıxışına cavab verib. Bəs bu halda Azərbaycan nə etməlidir? Qonşu Rusiyada artıq peyvəndləmə başlayıb, payızda isə kütləvi xarakter alacağı gözlənilir. Həkimlər və ekspertləri isə COVİD-19 epidemiyasının payızda ikinci dalğasının qaçılmaz olduğunu söyləyirlər. Bu şəraitdə biz də peyvəndə, o cümlədən qrip əleyhinə peyvəndlərə başlayaqmı?

Musa Quliyev: “Gəncə heç vaxt mühafizəkar şəhər olmayıb” - BBC News  Azərbaycanca

Musa Quliyev

Tibb elmləri namizədi, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Yeni Müsavat”a bildirdi ki, indiki situasiyada bu çox çətin sualdır, birmənalı cavab vermək olmur. Komitə sədrinin sözlərinə görə, rusların peyvəndinin nə dərəcədə effektli olacağı, yan təsirləri, ağırlaşmaları, immuniteti formalaşdıra biləcəyi qarşıda duran cavabsız suallardır. Deputat qeyd etdi ki, Azərbaycan hökuməti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qərarlarına üstünlük verir: “Təşkilat hansı peyvəndləri sınaqdan keçirəcək, ona nə kimi zəmanət verəcək, bundan sonra fikir söyləmək olar.  Hazırda TƏBİB bir neçə dövlətlə danışıq aparır. Amma istənilən halda peyvəndlər ÜST tərəfindən qeydiyyatdan keçməli, rəy alınmalıdır. Ondan sonra Səhiyyə Nazirliyi həmin peyvəndləri gətirməlidir”.

M.Quliyev bu il peyvəndin Azərbaycana gələcəyinə ümidli deyil: “İlin sonundan tez peyvəndin gəlməyinə ümid etmirəm. Özümüzü virusdan qorumağa davam etməliyik, peyvəndə arxayın olmamalıyıq. Ona görə maska taxmalı, əlləri dezinfeksiya etməli, sosial məsafəni gözləməli, toplantılar keçirməməli, iştirak etməməliyik. Bu qoruyucu addımları atmaqda davam etməliyik. Çünki peyvəndin gələn ilin əvvəlindən tez gələcəyi gözlənilmir. Biz karantin şərtlərinə əməl etməliyik, sıx toplaşma yerlərindən uzaq olmalıyıq”.

Həsrət Rüstəmov: "İctimai siyasi statusu olan insanlar bu işdə çox fəal  olmalıdırlar"

Həsrət Rüstəmov

Azərbaycan Demokrat Partiyası sədrinin I müavini, həkim Həsrət Rüstəmov qeyd etdi ki, peyvənd kliniki sınaqlardan, ya milli, ya da beynəlxalq ekspertizadan keçməlidir. Onun fikrincə, ekspertiza rəyi olmalıdır ki, hamı bu peyvəndə güvənə bilsin: “Rusiyadakı peyvəndə dünyada münasibət birmənalı deyil. Rus tədqiqatçılarından başqa heç bir elmi mərkəz həmin vaksinin koronavirusdan qorunmaq üçün effektli olduğu barədə təsdiqləyici rəy vermir. Əksinə, ÜST mütəxəssisləri rus peyvəndinə şübhə ilə yanaşır”. H.Rüstəmov hesab edir ki, Azərbaycan vətəndaşları indiki halda özünü infeksiyadan qorumaq üçün tələb olunan qaydalara riayət etməlidirlər: “Rus peyvəndindən istifadənin hələ tez olduğunu düşünürəm. Biz özümüzü qorumalıyıq, maska taxmalı, sosial məsafə gözləməli, bu istiqamətdə maarifləndirmə işlərini gücləndirməliyik. Çünki dünyada hələ güvənli vaksin kəşf olunmayıb”.

Azadlıq mənim üçün müqəddəsdir..." - Sahilə İbrahimova ilə müsahibə |  Edebiyyatqazeti.az

Yazıçı Sahilə İbrahimova müəyyən yaşdan sonra edilən qrip peyvəndlərinə güvənmir. Onun sözlərinə görə, bəzi ölkələrdə ortayaşlı adamlar periodik olaraq adi qrip saydığımız xəstəliklərə qarşı belə peyvəndlər etdirirlər: “Bəziləri isə bunu faydalı saymır. Məncə, 1-2 ilə koronavirusa qarşı peyvənd etdirmərəm. Tələsik hazırlanmış peyvəndə güvənmirəm, hansı xroniki, bilinməyən xəstəliyə əks təsir göstərəcəyini bilmirəm”.

Şair, qaynar.info-nun baş redaktoru Zahir Əzəmətin fikrincə, Azərbaycan həmin rus peyvəndini alarsa, yoxlamalardan və testlərdən uğurla keçərsə, niyə də istifadə etmək olmasın. Onun sözlərinə görə, ümumiyyətlə, siyasəti, münasibətləri bütün mövzu və sahələrə daşımaq uşaq oyunudur, eyni məntiqlə, gərək daha Tolstoyu, Dostoyevskini oxumayaq, Çaykovskini dinləməyək və s.

Xatırladaq ki, avqustun 11-də Rusiyada “Sputnik V” adlı dünyanın ilk koronavirus əleyhinə peyvəndi qeydə alınıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=153581

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930