İndoneziyanın müvəqqəti işlər vəkili Milli Məclisdə olub- FOTOLAR

09.10.2020 - 15:19

Oktyabrın 8-də İndoneziyanın Azərbaycandakı müvəqqəti işlər vəkili xanım İngan Malem parlamentdə oldu və millət vəkilləri ilə görüşüb.

Musavat.com-un məlumatına görə, qonağı Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycanın Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva salamladı və ona ölkəmizdəki fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycanın çox gərgin bir tarixi prosesdən keçdiyini qonağın diqqətinə çatdıran komitə sədri ona cəbhə xəttindəki son vəziyyətlə bağlı ətraflı məlumat verib: “Cari ilin iyul ayında Azərbaycanın Tovuz bölgəsi işğalçı Ermənistanın fasiləsiz hücumlarına məruz qaldı, yüzlərlə mülki obyekt və fərdi evlərin dağıdıldı, insan tələfatı və xəsarət alanlar oldu. Ermənistanın sentyabrın 27-də yenidən Azərbaycan ərazilərini intensiv şəkildə ağır artilleriya atəşinə məruz qoyması xalqımızın illərdir sülh gözləntiləri ilə yanaşdığı səbr kasasını daşırdı. Azərbaycanın dövlət başçısı, Ali Baş Komandan artıq hərb yolundan başqa çıxış yolunun olmadığını xalqa bəyan etdi. Bütün cəbhə boyu sürətli əks-hücuma başlanıldı”.

Qənirə Paşayeva söhbətində bildirib ki, 30 ildən artıqdır ki, Ermənistan torpaqlarımıza təcavüz edib: “Nəticədə bir milyondan artıq soydaşımız öz dədə-baba yurdlarından didərgin düşüb, 20 faiz torpaqlarımız işğal altındadır. İşğalçı dövlət uzun illərdir Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi ilə bağlı nə BMT-nin 4 qətnaməsinə, nə də digər beynəlxalq təşkilatların tələb və tövsiyələrinə məhəl qoymur. Heç vaxt sülh danışıqlarına tərəfdar olduğunu nümayış etdirməyib. İşğal nəticəsində Azərbaycan iqtisadiyyatına, kənd təsərrüfatına külli miqdarda ziyan dəyib. Hal-hazırda da Ermənistan cəbhə xəttindən çox kənarda yerləşən Mingəçevir, Gəncə kimi böyük şəhərlərimizi, Ağcabədi, Beyləqan, Bərdə, Xızı və Abşeron rayonlarını intensiv şəkildə raket zərbələrinə tutur. Bu məqamda dost ölkələrin dəstəyinə də böyük ehtiyacımız var. Çünki Ermənistan bu müddət ərzində müsəlman dünyasına da böyük mənəvi zərərlər vurub. İşğal etdiyi ərazilərdə yüzlərlə mədəni-tarixi abidələrimizi dağıdıb, məscidlərimizi və müqəddəs ziyarətgahlarımızı təhqir edib”.

Qənirə Paşayeva İndoneziyanın İslam Konfransı Təşkilatının üzvü olan bir müsəlman ölkəsi kimi bu tarixi ədalətsizliyə susqunluqla yanaşmayacağına ümidvar olduğunu bildirib.

Görüşdə iştirak edən millət vəkilləri Aydın Hüseynov və İlham Məmmədov qonağa cəbhə xəttində baş verən son hadisələr, Ermənistanın torpaqlarımızda apardığı işğalçılıq siyasəti və ekoloji terror fəaliyyəti barədə danışıblar.

Deputatlarımız coğrafi və dini əqidə baxımından yaxınlığımız olan dost İndoneziyanın Azərbaycanın haqq səsinə səs verəcəyinə, ölkəmizin ədalətli mövqeyini dəstəkləyəcəyinə dair istəklərini dilə gətiriblər.

Görüş üçün minnətdarlığını bildirən İngan Malem İndoneziyanın Azərbaycanda baş verənləri yaxından izlədiyini deyib. Xalqlarımız arasındakı mənəvi yaxınlıqdan danışan qonaq Dağlıq Qarabağda baş verən hadisələrdən narahatlıqlarını bildirib. O, mülki əhalinin öldürülməsinin, cəbhə xəttindən kənarda olan infrastrukturun, evlərin dağıdılmasının çox üzücü olduğunu, müharibə qanunları çərçivəsinə sığmadığını deyib. Qonaq qeyd edib ki, onun xalqı bu münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdardır. O, görüşdə müzakirə olunanları İndoneziya rəsmilərinə çatdıracağını söyləyib.

İngan Malem İndoneziya Nümayəndələr Palatası ilə Azərbaycan parlamenti üzvləri arasında görüşlərin və qarşılıqlı səfərlərin intensivləşdirilməsinin münasibətlərimizin gələcək inkişafı baxımından faydalı ola biləcəyini diqqətə çatdırıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=155720

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930