Deputat Aydın Hüseynov: “Fransa vasitəçiliyinin üstündən özü xətt çəkib”

24.11.2020 - 12:15

Fransa və Ermənistanı bir-birinə bağlayan soyqırım cinayətləri

Fransanın işğalçı Ermənistanı açıq-aşkar müdafiə etməsi o həddə çatıb ki, noyabrın 18-də Fransa senatı “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti haqqında” qətnaməni səsverməyə çıxarmaq qərarı qəbul edib.

Fransanın mövqeyi niyə ermənilərdən yanadır? Bu daha çox Türkiyə faktoru ilə bağlıdırmı? Türkiyəni və Azərbaycanı qarşısına almaqla mənasız Ermənistanı bu cür müdafiə etməsinə səbəb nədir? Belə axmaq mövqedən sonra bu ölkənin həmsədrlikdə qalması mümkün olmayacaq.

Milli Məclisin deputatı Aydın Hüseynov bildirdi ki, Fransada erməni lobbisinin güclü olması, 600 min erməninin yaşaması bu ölkənin siyasətçilərinin əksəriyyətinin mövqeyinə həmişə təsir edib. Xüsusən də seçkilərdə ermənilərin dəstəyini qazanmaq istəyi həlledici təsir edən amillərdən biri olub. Fransanın Ermənistanı müdafiə etməsində özünü demokratik ölkə adlandıran bu Avropa dövlətinin Türkiyəyə qarşı əsrlərə dayanan patoloji düşmənçiliyi, nifrəti də rol oynayır. Ermənilərin, Ermənistanın Türkiyəyə, o cümlədən Azərbaycana qarşı düşmənçiliyi erməniləri Fransanın sevimlisinə çevirib. Fransa erməni terrorçularını bəsləyən ölkə kimi də tanınır. Məqsəd Türkiyənin və Azərbaycanın sərhədində yerləşən Ermənistanın hər iki ölkəyə mümkün olduğu qədər zərbə vura bilməsini təmin etmək olub. Tarix boyu Fransa kimi dövlətlərin maşası, oyuncağı olan ermənilər də zaman-zaman onların üzərinə qoyulan terror vəzifəsinin canfəşanlıqla yerinə yetiriblər. Ermənilərin Fransa tərəfindən daim müdafiə olunması həm də bununla əlaqədardır.

Emmanuel Makron: Ermənistana və ermənilərə deyirəm - Fransa öz rolunu  oynayır

Deputat qeyd etdi ki, Emmanuel Makron ermənipərəstlikdə indiyə qədərki Fransa prezidentlərini kölgədə qoydu. Bu adam son aylarda özünü tam bir erməni kimi apardı, onun çıxışlarına diqqət edəndə sanki Ermənistanın prezidenti danışır. Makron və onun ətrafı işğalçını müdafiə etməklə Fransanın Minsk Qrupu həmsədrliyinin üstündən xətt çəkmiş oldu: “44 günlük müharibə  nəticəsində beynəlxalq təşkilatlardan tutmuş region və dünya  ölkələrinə qədər kimin hansı mövqedə olduğu daha aydın göründü. Atəşkəsin bərpası üçün danışıqlara hazır olduğunu bildirən Fransa  sentyabrın 27-dən son günədək ermənipərəst siyasətini daha qabarıq şəkildə büruzə verdi.  Fransa erməni diasporunun güclü olduğu ölkələrdən biridir, eyni zamanda ermənipərəst siyasəti ilə daim diqqətdə olub. Reallıq budur ki,  Makron ermənilərə hədsiz dərəcədə sevgisi və  və türk dünyasının iki aparıcı dövlətinə – Türkiyə və Azərbaycana qarşı haqsız mövqeyi ilə  hətta öz sələflərini  kölgədə qoyub. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ölkə üçün belə  addımların atılması beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Fransa prezidentinin davranışı vasitəçilik prinsiplərinə zərrə qədər də uyğun gəlmir. O, öz bəyanatları və senata məlum qətnamə layihəsinin təqdim olumasına rəvac verən hərəkətləri ilə ölkəsinin tərəfsiz vasitəçi olmadğını təsdiqlədi. Vasitəçi isə tərəf tutmamalıdır, ədalətli olmalıdır. Bu prinsiplər pozuldusa o vasitəçi ola bilməz və vasitəçi kimi qəbul edilə bilməz.

Azərbaycan Ordusu davamlı qələbə xəbərləri ilə  Paşinyanla bərabər ona havadarlıq edən Fransa kimi mövqeyi beynəlxalq hüquq normalarına zidd olan dövlətlərin də  işğalçı planlarını alt-üst etdi. Ölkə Prezidenti, Ali Baş Komandanın  uğurlu siyasəti nəticəsində ordumuz erməniləri işğal altında olan torpaqlarımızdan qovdu və Rusiya prezidentinin də iştirakı ilə 10 noyabrda bəyannamə imzalandı. Bundan sonra artıq Fransanın vasitəçiliyinə ehtiyac qalmayıb. İndi rəsmi Paris çox çalışır ki, bundan sonrakı proseslərdə, danışıqlarda iştirak etsin. Ermənistana dəstəyi bu şəkildə vermək istəyirlər. Ancaq artıq Azərbaycan cəmiyyəti Fransaya inanmır və onun danışıqlarda iştirakını istəmir.

Bu müharibə kimin kim olduğunu, bəzi dövlətlərin  bugünədək ölkəmizə qarşı  hansı mövqedə dayandıqlarını ortaya qoydu. Hətta Azərbaycanın tarixi Qələbəsindən sonra Fransanın   Ermənistana sevgisini daha aydın şəkildə nümayiş etdirərək Dağlıq Qarabağın “müstəqilliyinin” tanınması məsələsini gündəmə gətirdilər. Azərbaycan ictimaiyyəti Fransanın bu hərəkətini pisləyir”.

A.Hüseynov qeyd etdi ki, Paris meriyasının qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımağa hazırlaşması və senata məlum sənədin təqdim olunması Azərbaycan-Fransa münasibətlərinə ciddi zərbə vurur. Bu kimi cəhdlər tamamilə mənasızdır.  Sadəcə, Fransa rəsmilərinin bu cür fikirlər səsləndirmələri, ilk növbədə, bu ölkənin öz nüfuzuna xələl gətirmiş olur: “Fransa bu kimi erməni sevgisi ilə  Dağlıq Qarabağ münaqişəsini yenidən alovlandırmağa mənasız cəhdlər göstərir. Belə mövqe nümayiş etdirən bir dövlətin 30 ilə yaxın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirməsi təəccüb doğurmaya bilməz. Beynəlxalq hüququ maraqların arxasında əridən bir dövlətdən ədalətli yanaşma gözləmək sadəlövhlükdür. Fransa ilə Ermənistanı bir-birilərinə bağlayan soyqırımlar törətməklə tarixə eyni adla daxil olmalarıdır. Fransa Əlcəzairdə, Vyetnamda, Mərakeşdə, Cibutidə, Çadda, Qabonda, Tunisdə milyonlarla dinc sakini məhv edib. Özünü ”insan haqlarının və demokratiyanın vətəni” sayan Fransa tarixi ilə üzləşməkdən ona görə qorxur ki, insan haqları və demokratiya ilə bir araya sığmayan bəşəri cinayətlər törədib. Ermənistan havadarlarının dəstəyi ilə türklərə və azərbaycanlılara qarşı  son yüz ildə  törətdiyi soyqırımlarla Fransaya çox bənzəyir. Onları birləşdirən ümumi dəyər məhz budur”.

Onu da qeyd edək ki, dünən Fransa prezidenti Emmanuel Makronun Dağlıq Qarabağın Azərbaycan ərazisi olmasını etiraf etdiyi videogörüntü yayılıb. Modern.az xəbər verir ki, videogörüntünü Paris Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva özünün feysbuk hesabında paylaşıb.

Mirvari Fətəliyeva: “Sumqayıtda inşası tamamlanmamış binalarda qalırdıq…” –  MÜSAHİBƏ – SumqayitXeber.Com

Mirvari Fətəliyeva

O, Fransa prezidentinin çıxışından da sitat gətirib. Mirvari Fətəliyeva bildirib ki, Emmanuel Makron 7 rayonun Azərbaycana aid olduğunu qeyd edib.

“Beynəlxalq hüquqa əsasən, Birləşmiş Millətlər Təşkilatı tərəfindən Dağlıq Qarabağ və digər rayonlar Azərbaycan ərazisi kimi tanınır. Buna görə də suveren dövlətdən istək yoxdursa, bu məsələyə qarışmayın”, – deyə Makron bildirib.

Emmanuel Makron bu etirafını noyabrın 21-də Fransada ermənilərin təşkil etdiyi yardım kampaniyasında iştirak edərkən, oradakı bir gəncin sualını cavablandırarkən edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157715

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930