Prezident və xanımının daşını öpdükləri Ağdam Cümə məscidinin tarixi

25.11.2020 - 10:34

Ermənilərin dağıtdığı məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib

Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.

AzərTAc xəbər verir ki, dövlət başçısı və birinci xanım Ağdam məscidini ziyarət etdilər. Xocalı soyqırımında sağ qalan xocalılıların ümid, pənah yerinə çevrilən qoşa minarəli məscid də yırtıcı düşmən tərəfindən vəhşicəsinə dağıdılıb. Prezident İlham Əliyev Məkkədən gətirdiyi Qurani-Kərimi Ağdam məscidinə bağışlayıb.

Azərbaycan Prezidenti və birinci xanım məsciddə dua ediblər.

Azərbaycan Prezidenti Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə  bağışlayıb

Ali Baş Komandan İlham Əliyev və xanımının Ağdam Cümə məscidinə daxil olarkən hörmət əlaməti olaraq məscid divarını öpmələri, ayaqqabılarını çıxararaq içəri girmələri ictimaiyyətdə böyük rəğbətlə qarşılanıb.  Əlbəttə ki, dini qaydalara görə məscidə daxil olarkən ayaqqabıların çıxarılması doğru addımdır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad  edilmiş Ağdam şəhər “Cümə” məscidini ziyarət ediblər - Azərbaycanda -  Xəbərlər - Ahlibeyt.az

Lakin məlum olduğu kimi, məscid 27 il işğal altında olan zaman erməni barbarları tərəfindən tamamilə dağıdılıb, içi sökülüb, tamamilə yararsız hala gətirilib. Cəmi 4 gün əvvəl azad olunan məsciddə hələ ki heç bir ciddi təmizlik işləri aparılmayıb, döşəməsi yoxdur, hər yanı toz-torpaq içərisindədir. Ali rəhbərliyin o təmirsiz, amma müqəddəs məscidə ayaqqabısız girişi ibadət ocaqlarına ayaqqabı ilə soxulan, dindarlara həqarət edən bəzi icra başçılarına, hətta bir sıra deputatlara, məmurlara verilən dərs oldu. Bəs Ağdamın Cümə məscidi nə zaman inşa edilib, onun tarixi haqqında nələri bilirik?

Tarixi faktlara görə, Ağdam şəhərindəki Cümə məscidi Kərbəlayi Səfixan Qarabaği adlı memar tərəfindən 1868-1870-ci illərdə tikilib. Bölgə mühüm ticarət mərkəzinə çevrildiyi zaman Ağdam şəhərində Qarabağın özünəməxsus dini memarlığının monumental örnəklərindən biri – Ağdam Cümə məscidi inşa edilib.

Ağdam cümə məscidi - Ens.az - 4 dildə xəbərlər və ensiklopediya

Ağdam Cümə məscidinin ibadət salonunun planının əsasını ortasında dörd sütun olan ənənəvi kvadrat forma təşkil edir. Kvadratın şərq və qərb tərəflərinin hər birində qurulmuş üç dərin taxça sırası salonun sahəsini genişləndirib ona düzbucaqlı forma vermişdir. İbadət salonunun cənub divarının ortasında uca mehrab tağçası quraşdırılıb. Yan tağçaların üstü interyerə yönələn eyvan şəklində olub qadınların ibadəti üçün nəzərdə tutulmuşdur. İbadət salonu yan eyvanların ortalarında və mehrab tağçasının yanlarında olan pəncərələrdən işıqlanır. İbadət salonunun interyer tərtibatı çox ciddi olub kamil tektonik quruluşun bədii effekti ilə diqqəti cəlb edir. Sadə bəzəkli mehrab tağçasının üzərindəki kitabədə dekor ustasının adı (mərhum Kərbəlayi Nəqqaş Təbrizinin oğlu ustad Məhəmməd Nəqqaş Təbrizi) və təmir tarixi (hicri 1331, miladi 1913-cü il) yazılmışdır. Məscidin şimal tərəfindəki giriş qapısı dərin eyvan-bastağ içərisində verilmiş, açıq eyvanın yanlarında isə iki mərtəbəli otaqlar yerləşdirilmişdir. Şimal fasadın künclərində qurulan minarələr məscidin simmetrik plan quruluşunu tamamlamaqla ona bütövlükdə kvadrat forma vermişdir. Məscidin klassik sadəliyi, həndəsi forma təmizliyi ilə seçilən və funksional tələblərə mükəmməl cavab verən planı var. İç yerləşgələri günbəz, tağ və tağbəndlərlə örtülü olan məscidin daşdan tikilmiş kubik tutumu Qarabağ zonası üçün ənənəvi olan dördenişli bütöv çardaqla örtülmüşdür. Çardağın şimal fasada çıxan uclarından kərpic minarələr yüksəlir. Minarələrin incə silindrik tutumları üfüqi kəmərlərlə hissələrə bölünmüş və hər hissənin səthi kərpic hörgüsündən yaranmış sadə naxışlarla üzlənmişdir. Belə bir bədii dekorativ üsulla minarələrin məscid kompozisiyasında oynadığı dominant rol daha da gücləndirilmişdir. Bütövlükdə plan quruluşu kimi, Cümə məscidinin həcm kompozisiyası da sadə və ciddidir. Memar Kərbəlayi Səfi Xan Qarabaği orta əsr Azərbaycan memarlığında geniş yayılmış qoşa minarəli Cümə məscidləri ənənəsini davam etdirərək Ağdam məscidində öz dövrünün tələblərinə və Qarabağın memarlıq – inşaat təcrübəsinə uyğun özünəməxsus məscid obrazı yaratmışdır.

Erməni işğalından sonra Ağdam Cümə məscidi aşağıdakı dəyişikliklərə məruz qalmışdır:

– Məscidin minarələri daxildən tamamilə sökülmüş, tavanı bir neçə yerdən uçurdulmuş, daxili tərtibatı, dizayn və divar yazıları pozulmuş, hücrələri və yardımçı otaqları uçurdulmuş, kommunal və kommunikasiya xətləri dağıdılaraq tamamilə yararsız hala salınmışdır.

– Məscidin bəzək əşyaları, texniki avadanlıqları, qurğuları, bərk və yumşaq inventarları qarət edilərək Ermənistan Respublikasına aparılmışdır.

– Məscidin daxili və xarici divarları üzərində erməni və rus dillərində Azərbaycan xalqına və millətinə qarşı alçaldıcı və təhqiredici ifadələr və sözlər yazılmışdır.

– 27 il ərzində ermənilər məscidin ibadət zalından və yardımçı otaqlarından mal-qara və donuzların saxlanması, yəni tövlə kimi istifadə ediblər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157727

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031