Laçın bizdə! Qarabağdakı və içimizdəki erməniləri nə edək? – Tural Abbaslı ilə “Canlı debat”da

01.12.2020 - 12:46

Bu gün ölkədə Laçın günüdür və insanlarımız bayram edir. Hədəf Xankəndidir. Laçın da vətəninə qayıtdı, bundan sonra nələr olacaq?

Paytatxda Laçın yürüşü, Prezidentin edəcəyi canlı müraciətindən ayrı-ayrı hissələr və verilən mesajlar….
Paşinyanın Rusiya səfərinin baş tutmaması-Kremlin ondan imtina etməsi, başqa namizəd axtarışında olduğu, hətta tapdığı haqda iddiaları gündəmə gətirir. Hakimiyyətin Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyana ötürməklə bağlı gizli danışıqları barədə məlumatlar yayıb. Anti-Paşinyan hərəkatının təşkilatçılarından biri olan Vanetsyan onun üçtərəfli bəyanatını “satqınlıq” hesab edir, buna baxmayaraq, onun bütün bəndlərinin yerinə yetirilməsini zəruri hesab edir, Kremlə bu mənada sərf edir. Düşmən öz içində yenə qaynayır.

Azərbaycanda Qələbə paradı hazırlığı-Azadlıq meydanında hazırlıqlar var, nələr olacaq, düşməndən qənimət götürülən hərbi texnikanın nümayiş etdiriləcəyi məlumdur. Axşam Qələbə atəşfəşanlığı olacaq. Ehtimal ki, bu dekabrın ikinci ongünlüyündə baş tutacaq. Bir neçə gündür ki, erməni ictimai xadimləri və siyasətçiləri erməni hərbi əsirlərin “şərəf və ləyaqəti” uğrunda mübarizəyə qoşulublar. İrəvanda hesab edirlər ki, Bakı onları bilərəkdən saxlayır ki, guya Qələbə paradında erməni əsirlərin rüsvayçılıq yürüşünü təşkil etsin. Vaxtilə yüzlərlə alman əsirini Moskva küçələrində məhz belə rüsvayçılıqla keçiriblər. Bakıda da bunun baş tutacağı əlbəttə ki, inandırıcı deyil. Amma ermənilər niyə bu yalanı tirajlayırlar?

Eyni zamanda, bəllidir ki, Qarabağ bizə tam qayıtsa da, orada erməni əhalisi qalmaqdadır. Xankəndi, Xocavənd və Ağdərədə bir xeyli erməni kökənli insanlar qaldı. Onların bur çoxu xaricdən – Suriya və Livandan gəliblər. Onlarla rəftarımız necə olacaq?

O da məlum oldu ki, bu prosesdə içimizdə də “ermənilər” varmış! 27 sentyabrdan bu yana hər gün və hər fürsətdə qələbəmizi, birliyimizi hədəfə aldılar, təfriqə yaymağa çalışdılar! Atəşkəs mərhələlərində, Kəlbəcərin təhvili ilə bağlı yaranmış fasilədə, Laçının təhvili prosesində istisnasız olaraq erməni qaynaqlarına dayanaraq, Azərbaycan dövlətini, Ali Baş Komandanı əsassız yerə suçladılar, qələbəmizin əhəmiyyətini kiçiltməyə çalışdılar. Onlar Bakıda da var, xaricdə də!

Bəs, onlarla nə edək? Bu əməllər vətənə xəyanət sayılırmı? Onları sadəcə qınayıb, üstündən keçək, unudaq? Yoxsa, hüquqi prosedur başladaq?

Bu və gündəmdəki bütün sualları bu gün Ağ Partiyanın sədri Tural Abbaslı ilə müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştriak edə bilər. Bunun üçün Musavat.com-un Facebook və Youtube səhifələrindən birini bəyənib, suallarınızı ünvanlaya bilərsiz.

 

 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157890

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930