Prezident: “Ballistik raketlərlə zərbə təsadüfi xarakter daşımır”

07.12.2020 - 15:05

“Mən eyni zamanda Sizə təşəkkürümü bildirmək istəyirəm ki, Siz həm Gəncəyə, həm Ağdama səfər etmisiniz. Ermənistan dövlətinin törətdiyi hərbi cinayətlərini görmüsünüz. Ermənistan tərəfindən törədilmiş hərbi cinayətlər göz qabağındadır”.

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev İtaliya Deputatlar Palatasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

“Döyüş meydanında məğlubiyyətə uğrayarkən Ermənistan mülki vətəndaşları atəşə tutub. Gəncəni Ermənistan ərazisindən ballistik raketlərlə atəşə tutmuşdur. Bu, hərbi cinayətdir və bu cinayətə görə Ermənistan rəhbərliyi cavab verəcək. Müharibə zamanı 94 mülki şəxs həlak olmuş, 400-dən çox yaralanmışdır. Və bu ballistik raketlərlə zərbə təsadüfi xarakter daşımır. Məqsədyönlü şəkildə məhz mülki vətəndaşların yaşadığı məkana istiqamətləndirilmişdir və gecə vaxtı ki, daha çox qurbanlar olsun”, – Prezident əlavə edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=158137

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930