Əsirlərlə gələn general Muradov: Qarabağda hərbi baza qurulur? – Asim Mollazadə canlı yayında…

15.12.2020 - 15:33

Rusiya-Azərbaycan əlaqələrində rəsmi fazada soyuq yellər əsdiyi hiss olunmasa da, bəzi davranışlar narahatlıq doğurmamış deyil.

Azərbaycana pomidor idxalının qadağa qoyulması, rus sülhməramlılarının xəritədə “Dağlıq Qarabağ” xətası və sonra səhvini düzəltməsi, oradakı ermənilərə rus pasportu paylanacağı iddiaları, sülhməramlıların komandanı, general-leytenant Rüstəm Muradovun Qarabağdakı separatçı dəstənin başçısı Araik Aryutunyanla görüşləri, rus əsgərlərin erməni uşaqlarına silah verib onları sığallaması, Rusiyanın İrəvan üzərindən 250 təyyarə yük Qarabağa gətirməsi halları bizi qane edə bilməz.
Həmçinin Xocavəndin iki kəndində – Köhnə Tağlar və Çaylaqqalada keçirdiyimiz antiterror əməliyyatından sonra ərazilərin sülhməramlıların nəzarətinə keçməsi rus qoşunlarının Qarabağda mövqelərinin genişləndirilməsi kimi dəyərləndirilir.
Son günlər deputatların çıxışlarında da Rusiya ilə bağlı tənqidlər diqqət çəkməkdədir. Amma belə bir gündə R.Muradovun müşayiəti ilə kəlbəcərli girovların – Şahbaz və Dilqəmin Vətənə gətirilməsi həm ürəklərə su səpdi, həm bəzi hesablamaların yanlış olduğunu ortalığa qoydu.

Məsələnin mahiyyəti budur ki, Rusiya əleyhimizə iş aparmır, sadəcə, hər addımda öz varlığını, təsirini göstərir, Dilqəmlə Şahbazın gətirilməsi kimi…

Bütün bu mövzuları TVMusavat-ın canlı yayımında, saat 16:00-da “Həftə İçi” proqramının aparıcısı Emil Salamoğlu deputat Asim Mollazadə ilə müzakirə edəcək.

Müzakirədə dinləyicilərimiz də iştirak edə bilərlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=158463

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930