Koronavirusun gözlərdə yaratdığı problemlər – Göz həkimindən MƏSLƏHƏTLƏR

27.12.2020 - 16:21

Koronavirusa yoluxanlarda göz problemlərinə də rast gəlinir. Virusun  yoluxma yollarından birinin də gözlər, gözün selikli qişası olduğu dəfələrlə bildirilib.

Musavat.com e-tibb.az-a istinadən bildirir ki, eyni zamanda koronavirusun fəsad yaratdığı orqanlar arasında gözlər də var.

Oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Aynurə Əliyeva bildirib ki, Covid-19 diaqnozu qoyulmuş pasiyentlər adətən Koronavirus ailəsindən olan digər tip virusların törətdiyi göz patologiyalarından əziyyət çəkirlər. Onun sözlərinə görə, daha çox konyunktivitlərə rast gəlinir. Nadir hallarda isə da keratit, nevrit, uveit, retinit kimi ağırlaşmaları müşahidə olunur.
Oftalmoloq deyib ki, viruslu konyunktivit simptomlarıyla keçən covid-19 xəstəliyinin ilk simptomu kimi də qeydə alınan hallar var:

“Viruslu konyunktivit əlamətləri: gözdə sulanma, qızartı, qapaqlarda ödem-şişkinlik, selikli ifrazat, bəzən ağrı, işığa həssaslıqdır.
Müalicəsi isə xəstəliyin kəskinliyindən asılı olaraq əsasən iltihab əleyhinə qeyri-steroid göz damlaları və suni göz yaşı damlaları ilə aparılır. Göz qapaqlarına təyin olunan müxtəlif kompresslər də pasiyentlərə xoş təsir bağışlayır. Ehtiyac olan hallarda oftalmoloq antibakterial dərman da təyin edir. Müalicəylə adətən ağırlaşmasız 14-21 günə tam keçib gedir.
Düzgün və vaxtında aparılmayan müalicə isə keratit, uveit kimi patologiyaya səbəb ola bilər”.

Həkim qeyd edib ki, linza istifadə edən yoluxmuş pasiyentlər eynək korreksiyasına keçməlidirlər. Konyunktivit keçirən linza istifadəçiləri isə təkrar eyni linzadan istifadə etməməlidir. Eynək istifadəçilərisə eynəklərini hər gün yuyub təmizləməlidirlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=158929

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031