“Qarabağdakı terrorçuları zərərsizləşdirmək Azərbaycanın hüququdur”- ekspert

31.12.2020 - 09:51

Əhməd Şahidov: “Buna görə Rusiya sülhməramlılarının qarşısında məsələ qaldırmağa da ehtiyac yoxdur”

Erməni terrorçuların Hadrut istiqamətində hücumu ilə bağlı İrəvandan verilən bəyanatda belə bir məqam var ki, Ermənistan ordusu atəşkəsə əməl edir. Əslində atəşkəs Ermənistanla sərhəddə pozularsa, bu cür bəyanat verilə bilərdi. İndi isə söhbət Azərbaycan ərazisi kimi tanınan bölgədən gedir və aydındır ki, orada daha Ermənistan qoşunu qala bilməz. Bu, 10 noyabrda imzalanan üçtərəfli anlaşmasının 4-cü bəndinə də ziddir. 10 noyabr anlaşmasının 4-cü bəndində “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”,- deyə bildirilir. Ermənistan Hadrut təxribatını təkzib etməklə anlaşmanın həmin bəndinə əməl etdmədiklərini, bölgədə hələ də erməni ordusunun qaldığını etiraf edirlər. Azərbaycan bu məsələni Rusiya qarşısında qaldıra və Ermənistan qoşununun Azərbaycandan çıxarılmasına dair – bəyanatın 4-cü bəndinin tələblərinin tam olaraq həyata keçirilməsini tələb etməlidirmi?

Girovlarla bağlı İrəvan birdəfəlik ya “hə”, ya da “yox” deməlidir” - Hüquq  müdafiəçisi

Hüquq müdafiəçisi, siyasi şərhçi Əhməd Şahidov “Yeni Müsavat”a bildirdi ki, 10 noyabr razılaşmasına görə, Ermənistan silahlı birləşmələri bütün ərazilərdən çıxarılmalıdır. Son təxribatları da Ermənistan rəsmi şəkildə öz üzərindən atır: “O zaman belə nəticəyə gəlmək mümkündür ki, orada guya rəsmi İrəvanın nəzarəti altında olmayan partizan qruplar fəaliyyət göstərir və İrəvanın həmin qrupların Ermənistan silahlı birləşməsinə aid olmadığını bəyan eləməsi də yeni vəziyyət yaradır. İstənilən halda ərazi Azərbaycanındır. Azərbaycanın öz ərazisində antiterror əməliyyatı həyata keçirmək hüququ var. Madam ki, Ermənistan həmin silahlı qrupların ona aid olmadığını bəyan edir və sülhməramlılar da həmin silahlıları ərazidən çıxarmır, o zaman Azərbaycan silahlı qüvvələri onları təmizləyə bilər. Azərbaycan bunu edir. Heç kimlə, heç bir sülhməramlı ilə məsləhətləşmədən bütün qəfil hücumlara, bütün təxribatlara dərhal operativ reaksiya verilir və terrorçular zərərsizləşdirilir. Əgər Ermənistan orada azərbaycanlı əsgərlərə hücum edən silahlıların Ermənistana aid olduğunu rəsmi təkzib edirsə, Azərbaycanın ərazidə keçirdiyi və keçirəcəyi antiterror əməliyyatlarına qarşı çıxış etməməlidir.  Azərbaycan tam sərbəst şəkildə, beynəlxalq hüquqa söykənərək öz suveren hüququndan istifadə edərək həmin terrorçuları  zərərsizləşdirir və zərərsizləşdirmə prosesini davam etdirəcək. Rusiya sülhməramlılarının qarşısında məsələ qaldırmağa da ehtiyac yoxdur. Əvvəla, məhz o ərazidə sülhməramlılar yoxdur. İkincisi, dediyimiz kimi, Azərbaycanın hüququ var ki, istənilən ərazisində terrorçu qruplara qarşı əməliyyatlar keçirsin. Təsəvvür edin ki, Azərbaycanın Qarabağdan kənarda olan hər hansı bölgəsində silahlı qruplar ortaya çıxırsa, güc strukturları buna qarşı necə davranmalıdırsa, eynilə də Hadrutda və digər ərazilərimizdə silahlı terrorçulara qarşı eyni davranışı, eyni tədbiri həyata keçirir və keçirməlidir. Ölkənin istənilən ərazisində terrorçu silahlı qruplar varsa, Azərbaycan dövləti, onun müvafiq strukturlarının vəzifəsi həmin terrorçuları zərərsizləşdirmək, tərk-silah etməkdir. Buna görə heç bir kənar ölkə, heç bir sülhməramlı, heç bir beynəlxalq təşkilat etiraz edə, buna mane ola bilməz. Çünki onların ölkənin daxili işinə qarışmaq ixtiyarı yoxdur. Odur ki, terrorçulara qarşı əməliyyatlar üçün Rusiya sülhməramlıları ilə məsləhətləşmələrə də ehtiyac yoxdur”.

Ə.Şahidov qeyd etdi ki, ən uzağı informasiya mübadiləsi ola, sadəcə, sülhməramlılara bu barədə məlumat verilə bilər: «Ancaq kimdənsə icazə almaq deyə bir şey yoxdur. Azərbaycanın öz ərazisində terrorçuları zərərsizləşdirmək suveren hüququdur”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=159082

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031