Əliyev – Paşinyan görüşü: Şuşada döyüşmüş şair canlı yayında…

11.01.2021 - 15:18

Dövrümüzün öz Xətailəri yaranır. Onlar bir əldə qələm, bir əldə silah yağıya qarşı döyüşüblər.

Necə ki Şah İsmayıl Xətai həm şeirlər yazırdı, həm əldə qılınc mübarizə aparırdı, bizim də Vətən müharibəsində bu qəbildən qəhrəmanlarımız var.

Onlardan biri baş leytenant, Şuşada döyüşmüş gənc, istedadlı şair Emin Piridir. O, həm də “Ədalət” qəzetinin yazarıdır.
Müharibəyə gedəndə anası onun başına xına qoyaraq yola salıb. Bunu özü deyir. İndi evinə sağ-salamat, Şuşanı erməni terrorçularından azad edərək qayıdıb.

Bu gün “TV Musavat”ın canlı yayımında, “Həftə içi” proqramında, saat 15:30-da Emin Piri aparıcı Emil Salamoğlunun qonağıdır. Gənc qazi şair döyüş yolundan, Qarabağ gündəliyindən, orada yaşadıqlarından danışacaq.

Eyni zamanda Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Moskva görüşünü müzakirə edəcəyik.
Verilişi aşağıdakı linklər vasitəsilə izləyə bilərsiniz.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=159634

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930