“İnanılmaz” ekranlı smartfon yaradılıb

05.02.2021 - 16:28

“Xiaomi” şirkətinin təqdim etdiyi yeni konsept smartfonunun ekranı gövdənin qıraqlarını da əhatə edir.

“Report” xəbər verir ki, şirkətin rəsmi bloqunda yerləşdirilən məlumata görə dörd tərəfdən 88 dərəcə altında əyilən “şəlalə” displeydə görüntülərin ekrandan kənara su kimi axması təəssüratını yaratmağa imkan verir. Sanki smartfonun çərçivəsi də ekranla örtülüb və onlar bir bütöv təşkil edir. Ekranın hazırlandığı şüşənin isə ən müasir şüşə istehsalı texnologiyalarından belə kənara çıxdığı qeyd olunur.

Həmçinin hər hansı düymə və doldurma portları da olmayan yeni smartfon yalnız simsiz texnologiya vasitəsilə cərəyanla təmin edilir.

Yeni smartfonun istehsal tarixi və qiyməti göstərilmir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=160644

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930