Qarabağ terrorçularının başçısı yenidən baş qaldırdı- “mətbuat katibi” təyin etdi

06.02.2021 - 13:55

Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən barəsində cinayət işi qaldırılan və İnterpol xətti ilə axtarışa verilən Qarabağ terrorçularının başçısı Araik Arutyunyan özünə yeni “mətbuat katibi” təyin edib.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, Arutyunyanın “sərəncamı” ilə bu vəzifə Lusine Avanesyana həvalə olunub.

Xocavənddə doğulan A.Avanesyan Xankəndi şəhərində yayımlanan “ictimai televiziya”da “Üz-üzə” siyasi tok-şousunun aparıcısı olub.

Son günlər Qarabağ terrorçularının başında da “təhlükəsizlik şurasının katibi” kimi dayanan Vitali Balasanyan da sərsəm çıxışlar edir, Xankəndi şəhərində heç zaman Azərbaycan bayrağının dalğalanmayacağı barədə iddialar səsləndirir.

Belə görünür ki, Arutyunyan və Balasanyankimilərin həyasızlıqları davam edəcək, dəmir barmaqlıqlar arasına atılmayınca, yaxud başlarına “Dəmir yumruq” dəyməyincə…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=160703

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Aprel 2021
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930