Bu məşhurlar beyinlərinə çip taxdıracaq

09.02.2021 - 11:35

“SpaceX”, “Tesla” və “Neuralink” şirkətlərinin rəhbəri İlon Maskın sevgilisi, müğənni Qrayms (Claire Boucher) beyninə çip (naqil – red.) taxdırmağı planlaşdırır. O, repçi Lil Uzi Vertlə birgə belə bir addım atacaq.

Bu barədə “Independent” qəzeti məlumat yayıb. Qeyd olunub ki, sosial şəbəkələrdə yayılan xəbərləri hər iki məşhur sima təsdiqləyib.

“Çiplər üçün 2022-ci ili hədəf alaq. Təcrübə əməliyyatı müvəffəqiyyətlə baş tutsa, görmədiyimiz varlıqlar barəsində məlumatımız olacaq”,- deyə Qrayms bildirib.

Qeyd edək ki, “Neuralink” şirkəti ilk olaraq Gertrude adlı bir donuza beyin çipləri tətbiq edib. Bu çiplər beyin siqnallarının bədən hərəkətləri ilə necə şərh olunduğuna dair məlumatları qeyd etmək üçün istifadə edilib.

İlon Mask  beyninə yerləşdirilən çip sayəsində video oyun oynaya bilən bir meymunun olduğunu da iddia edib.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=160940

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2021
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930