Azərbaycan bu tarixdə Zəngəzura girəcək – Baqratyan SENSASİON DETALLARI AÇDI

11.02.2021 - 16:10

5 il sonra Azərbaycan Sünikə (Zəngəzur) girəcək.

Bu barədə Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib.

Baqratyan Qafana səfər etdiyini və gördüklərini yazıb:

“6-9 fevral tarixlərində Qafanda idim, əhali ilə danışmağa, 9 noyabrdan sonra necə yaşadıqlarını görməyə getmişdim. Söhbət alınmadı, əlavə nəyəsə ehtiyac yox idi. Azərbaycan əsgərləri və bayraqlarının şəhəri əhatə edən şərq təpələrində görəndə şok oldum. Bu qədər yaxın olmamalı idilər. Bir müddət əvvəl inşa edilmiş Qafan-Qeqanuş-Çakaten-Sikahoq-Srasen-Tsav-Svanidzor (son iki kənd Mehri bölgəsindədir) yolu ilə getdikcə, bir neçə yerdə asılmış afişalar Azərbaycan ərazisi olduğunu göstərirdi, başqa sözlə, adıçəkilən kəndlər bu yol olmadan nə Mehriyə, nə də Qafana gedə bilərlər, yəni ümid azərbaycanlıların yolları bağlamamasına qalıb”.

“Hər yerdə rus patrulunu görürəm, onlardan burada nə etdiklərini soruşuram. Rus zabit mənə səbrlə izah edir ki, imzalanmış memoranduma görə yolun təhlükəsizliyini qoruyurlar. Hansı memorandum? Mənə Ermənistan və Azərbaycan arasında imzalanmış 6 maddəlik memorandumu göstərir və məlum olur ki, tərəflər yolların təhlükəsizliyinin təmin edilməsi üçün sənəd imzalayıb. Sənəddə koordinatlar aydın şəkildə qeyd olunur. Məlum olur ki, Nikol Paşinyan Azərbaycanla sərhədlərin şifahi şəkildə razılaşdırıldığını deməklə yalan danışıb, 9 noyabr razılaşmasından savayı da sənəd var. Bu “xoşbəxtlik” ən yaxşı halda 5 il davam edəcək, bundan sonra azərbaycanlılar Sünikə (Zəngəzur) girəcəklər”- o iddia edir.(Publika.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=161229

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031