“Bunu Qarabağda da etdik” – Ərdoğan

18.02.2021 - 11:12

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ mövzusuna toxunub.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Türkiyənin hər zaman sərgilədiyi yanaşmadan danışıb.

“Biz hər zaman zərər görənə qucaq açdıq, zalıma təslim olmadıq. Qarşılıq ödəmək lazım olanda ödədik. Amma heç bir zaman əyilmədik. Biz Suriyada, Liviyada bu yanaşmanı göstərdik. Biz Qarabağda da bunu etdik. Somalidə də, Fələstində də, Bosniyada da, Kiprdə də bunu etdik. Zaman oldu ki, küçələrimiz qarışdı. Zaman oldu ki, siyasi, çevriliş cəhdi ilə, yeri gəldi ki, iqtisadi tələlərlə, yeri gəldi ki, beynəlxalq arenada təzyiqlərlə bədəl ödədik. Millətimizlə bütün əngəlləri aşmağı bacardıq”, – deyə Ərdoğan bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=161489

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930