Bakı metrosunda gediş haqqı artırılır? – RƏSMİ AÇIQLAMA

18.02.2021 - 12:34

Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi ilə bağlı Tarif Şurasına hələki müraciət olunmayıb.

Musavat.com xəbər verir ki, bu barədə Pravda.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

B.Məmmədov bildirib ki, “Bakı Metropoliteni”nin fəaliyyətinin bərpa olunması məsələsinə gediş haqqının aidiyyatı yoxdur və bu iddialar əsassızdır.

“Bildiyimiz kimi, metro stansiyaları yeni tipli koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bağlanıb. Doğrudur, hər dəfə metropoliten fəaliyyətini bərpa edəndə eyni mövzular gündəmə gətirilir, bəzi adamlar özlərini ekspert hesab edirlər. Diqqət elesək, görərik ki, keçən ilin may və sentyabr aylarında metronun fəaliyyəti bərpa ediləndə də eyni söz-söhbətlər gəzirdi”, – deyə qurum rəsmisi əlavə edib.

Qeyd: Bir müddətdir ki, sosial şəbəkələrdə “Bakı Metropoliteni” QSC-nin fəaliyyətinin bərpası zamanı gediş haqqlarının artacağı ilə bağlı məlumatlar yayılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=161505

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031