Nazirdən sığorta ödənişlərinin təyin olunması ilə bağlı YENİ QƏRAR

06.03.2021 - 11:37

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sığorta ödənişinin alınması üçün ərizə forması və ərizəyə əlavə olunan sənədlərin siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 6 dekabr tarixli qərarı ləğv edilib.

 

Musavat.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev əmr imzalayıb.

Bundan əvvəlki qərarı həmin dövrdə nazir işləyən Səlim Müslümov imzalamışdı.

Həmin qərarla sığorta ödənişinin alınması üçün ərizə forması, sığorta ödənişinin alınması üçün ərizəyə əlavə olunan sənədlərin siyahısı təsdiq edilmişdi.

Sahil Babayevin qərarı isə “İşsizlikdən sığorta haqqında” qanuna 2020-ci ilin 7 avqustunda edilən dəyişikliklərlə əlaqədardır.

Qanunun 13.1-1-ci maddəsinə uyğun olaraq sığorta ödənişi avtomatlaşdırılmış qaydada təyin olunur.

S.Babayevin qərarı martın 5-dən qüvvəyə minib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=161734

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Aprel 2021
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930