Sahil Babayevin adından 32 nəfəri aldadıblar

20.04.2021 - 15:28

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifraişi ilə Qarabağ qaziləri və şəhid ailələri üçün evlər tikən “Şəms 95” MMC işçilərin pullarını vermir. Bu barədə REPORTYOR.info-ya işçilərin özləri məlumat verib.
Onların sözlərinə görə, “Şəms-95” MMC tərəfindən Ağsu rayonuna göndəriliblər. Lakin yanvar ayından bu yana əmək haqlarını ala bilmirlər. İşçilərin əksəriyyəti Tovuz rayonu sakinidir. “Bizi Əmək və əhalinin social müdafiəsi naziri Sahil Babayevin adından işə cəlb ediblər. Ağsuya gətiriblər. Burada Qarabağ qazilərinə və şəhid ailələrinə evlər tikilir. Lakin gördüyümüz işin pulunu ala bilmirik”, – deyə şikayətçilər bildirib.

Şikayətçilər deyib ki, hazırda şirkətin onlara 15 250 AZN borcu var. “Amma bu pulu ala bilmirik. Heç bir söz də demirlər. 32 nəfərik. Ailəmizi Tovuzda qoyub bura işləməyə gəlmişik. Dolanışıq yoxdur deyə, razılaşmışıq. Bizim pulumuzu niyə kəsirlər axı? Ehtiyacımız olmasaydı Tovuzdan Ağsuya işləməyə gəlməzdik ki!”, – deyə onlar əlavə edib.
Araşdırmalarımız zamanı məlum olub ki, “Şəms-95” MMC-dən təkcə Tovuz rayonundan işə cəlb edilənlər deyil, ayrı-ayrı rayonlarda şirkətin apardığı tikinti işlərində çalışan fəhlələr də narazılıq edir. Məsələn, Quliyev Nofəl Nuru oğlu və Qocayev Teymuraz Valeh oğlu bildirir ki, MMC-nin onlara 6 000 AZN borcu var. “Biz santexnik işi ilə məşğuluq. İşləmişik amma pulumuzu ala bilmirik. Bizə 6 000 manat ödənilməlidir”, – deyə şikayətçilər bildirib.


Mediada “Şəms-95” MMC barəsində tənqidi materialların sayı-hesabı yoxdur. Bu materiallarda şirkət əsasən korrupsiyada ittiham edilir. Hətta “Şəms-95” MMC-nin Heydər Əliyev Fondunun vəsaitlərini mənimsədiyi barədə də iddialar var.
REPORTYOR.info-nun əməkdaşı məsələ ilə bağlı “Şəms-95” MMC-nin rəhbərliyi ilə əlaqə saxlamağa çalışıb. Lakin çoxsaylı cəhdlərə baxmayaraq şirkətin rəhbərliyi ilə danışmaq mümkün olmayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=162512

XƏBƏR LENTİ

virtual_roadi

05.05.2021Sevgi Ünvanı
Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31