ABŞ-ın “Politico” nəşri: “Baydenlə Putin Bakıda görüşə bilər”

06.05.2021 - 11:05

ABŞ prezidenti Cozef Baydenlə Rusiya prezidenti Vladimir Putin arasında görüş Bakıda baş tuta bilər. Virtualaz.org xəbər verir ki, bu barədə ABŞ-ın  demokratlara yaxınlığı ilə bilinən nüfuzlu “Politico” nəşri ekspertlərə və bir sıra keçmiş məmurlara istinadən yazır.

Xəbər verildiyi kimi, aprelin 13-də, Rusiyanın Ukrayna sərhədlərinə böyük qoşun qruplaşmaları cəmləşdirdiyi və irimiqyaslı müharibə riskinin artmaqda olduğu bir vaxtda Bayden Putinə zəng vurub. Telefon danışığı zamanı iki ölkə rəhbərlərinin yaxın aylarda “üçüncü ölkədə” görüşünün təşkil edilməsi barədə razılıq əldə edilib.

 

“Politico” nəşri yazır ki, artıq bir sıra Avropa ölkələrinin hakimiyyətləri ABŞ-Rusiya sammitinə ev sahibliyi etməyə hazır olduqlarını ifadə ediblər. Bunların arasında İsveçrə, Finlandiya və Avstriya da yer alır. Bu ölkələr belə görüşlərə ev sahibliyi etməyə alışıblar və geniş mənada neytral ölkələr hesab edilirlər. Nəşr Putin-Bayden sammitinə ev sahibliyi etmək şansına daha çox Finlandiyanın paytaxtı Helsinkinin malik olduğunu qeyd edir. Xatırladılır ki, 2018-ci ildə orada ABŞ-ın o vaxtkı prezidenti Donald Tramp da Putinlə görüşmüşdü.

Lakin bir sıra keçmiş məmurlar, habelə ekspertlər “Politico” nəşrinə deyiblər ki, sammitə ev sahibliyi etməyə namizədlər arasında İslandiyanın paytaxtı Reykyavik, Çexiyanın paytaxtı Praqa, Sloveniyanın paytaxtı Lyublyana və Azərbaycanın paytaxtı Bakı da nəzərdən keçirilməlidir.

 

Belə ki, İslandiya adı çəkilən ölkələrdən coğrafi baxımdan daha uzaqda yerləşsə də, NATO üzvü olsa da bu cür sammitlərin keçirilməsində təcrübəsi var. Axı 1986-cı ildə İslandiya paytaxtı SSRİ rəhbəri Mixail Qorbaçovla ABŞ prezidenti Ronald Reyqan arasında görüşə ev sahibliyi etmişdi. Həmin görüşdə ABŞ-la SSRİ arasında “soyuq müharibə”ni bitirmək barədə razılıq əldə olunmuşdu. (Sonralar bu razılıq SSRİ-nin dağılmasına gətirib çıxardı,-red.)

Keçmiş amerikalı məmurlar və ekspertlər deyiblər ki, sammitin keçirilməsi üçün Bakının seçilməsi şablondan kənar qərar olardı. Amma Baydenin Azərbaycan paytaxtına səfər etməsi ehtimalı Ermənistanın və Amerikadakı erməni lobbisinin gözlənilən mənfi reaksiyasına görə elə də böyük deyil. Lakin nəşr qeyd edir ki, Azərbaycanın həm Rusiya ilə, həm ABŞ-la yaxşı münasibətləri var. Ona görə də Bakı variantlardan biri ola bilər.

Qeyd edək ki, ötən illərdə ABŞ və Rusiyanın silahlı qüvvələrinin komandanları qlobal strateji sabitliyin təmin edilməsinə dair danışıqlar aparmaq üçün dəfələrlə Bakıda görüşüblər.

Nəşr Sloveniyanın şansını dəyərləndirərkən qeyd edir ki, 2001-ci ildə bu ölkənin paytaxtında ABŞ prezidenti Corc Buşla Rusiya prezidenti Vladimir Putin arasında görüş olub. Lakin 2004-cü ildən Sloveniya NATO-nun üzvü olduğu üçün indi bu ölkədə Putin-Bayden danışıqlarının keçirilməsi şansı aşağıdır.

Virtualaz.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=163171

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930