Daşkəsəndə həbs edilən bələdiyyə sədri göstərişləri icra başçısından alıb? – Əhəd Abıyev DANIŞDI

06.05.2021 - 17:52

 

Daşkəsəndə həbs edilən bələdiyyə sədri göstərişləri icra başçısından alıb? - Əhəd Abıyev DANIŞDI

Bir müddət öncə Daşkəsən rayonunun Xoşbulaq kənd bələdiyyəsinin sədri Allahverdiyev Rasim Məhəmməd oğlunun və ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri işləmiş Şahbaz Mehdiyevin saxlanılmasıyla bağlı mediada məlumat yayılmışdı.

Məlumata görə, Daşkəsən rayonunun Xoşbulaq bələdiyyəsinin sədri Rasim Allahverdiyev verdiyi ifadəsində bildirib ki, vətəndaşlardan təsərrüfat ərazilərinin zorla alınması birbaşa Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin göstərişi ilə həyata keçirilib.

Məsələ ilə bağlı  açıqlama verən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev bildirdi ki, haqqında yayılan məlumatlar, torpaq sahələrinin vətəndaşlardan alınaraq işbazlara satılmasıyla bağlı mediada tirajlanan xəbərlər yalandır: “Bu xəbərlərin heç bir əsası yoxdur. Mən 2007-ci ildə Milli Məclisin deputatı olmuşam. Allahverdiyev Rasim Məhəmməd oğlu ilə digərlərinin arasında olan torpaq haqq-hesabı da həmin ildə olub. Mən isə həmin vaxt İcra Hakimiyyətinin başçısı deyildim, 2011-ci ildə Daşkəsənə icra başçısı təyin olunmuşam. Rasim Allahverdiyev özünün qurduğu korrupsiya əməllərində mənim adımı hallandırır, deyir ki, guya mənim də bu işdə əlim var. Bu, yalandır. Vətəndaşlarla Rasim Allahverdiyevin arasında olan hadisələr 2007-ci ildə olub və mənə heç bir aidiyyəti yoxdur”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=163263

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2021
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930