FAŞİST NJDENİN HEYKƏLİ SÖKÜLƏSİ OLMADI? – “Sülhməramlıların” paradı heykəlin “kölgəsində” keçəcək!

08.05.2021 - 12:52

Xeyli vaxtdır erməni faşisti və Hitler Almaniyasına qulbeçəlik etmiş Qaregin Njdenin Xocavənddəki heykəlinin sökülməsi məsələsi həm erməni, həm də Azərbaycan mətbuatının və sosial şəbəkələrin gündəmindədir.

Müxtəlif mənbələr bu üzdəniraqın heykəlinin rus sülhməramlılarının mayın 9-da Xankəndində keçirməyə hazırlaşdığı parad öncəsi söküləcəyini bildirirdilər. Hətta bugünlərdə Qarabağdakı sülhməramlıların komandanı Rüstəm Muradovun əraziyə gələrək, söküntüylə bağlı göstəriş verdiyi, lakin ermənilərin buna imkan vermədiyi, nəticədə onlarla rus əsgərləri arasında qarşıdurma yarandığı iddia edilirdi.

“AzPolitika.info” xəbər verir ki, erməni mətbuatında bu məsələ ilə bağlı qondarma rejimin “təhlükəsizlik şurasının rəhbəri”, terrorçu Vitali Balasanyanın açıqlaması dərc olunub. Xatırladaq ki, bundan öncə erməni qəzetləri Balasanyanın heykəlin sökülməsilə bağlı tapşırıq verdiyini bildirilmişdi. Ancaq o, mətbuata son açıqlamasında belə bir göstəriş vermədiyini və bu məsələnin Xocavənddəki ermənilərin iradəsinə uyğun şəkildə həll olunacağını deyib: “Martuni (Xocavənd-red.) sakinləri həll edəcək, heykəl yerində qalsın, yoxsa muzeyə köçürülsün”.

Balasanyan deyib ki, heykəlin sökülməsi məsələsi ümumiyyətlə, gündəlikdə olmayıb, sadəcə onun harasa köçürülməsi müzakirə olunub.

 

 

Artıq Rusiyada da bu heykəllə bağlı bəzi siyasətçilərin və jurnalistlərin etirazlarına rast gəlinir. Ötən gün Vladimir Jirinovski bu məsələ ilə bağlı deyib: “Rusların, Moskvanın acığına Njde kimi faşistlərə abidələr ucaldılır. Faşistlərlə, cəlladlarla, terrorçularla əməkdaşlıq edənlərə abidə qoyulması yolverilməzdir. Əgər Njde ermənilərin Vlasovudursa, biz buna qarşıyıq. Faşistlərlə əməkdaşlıq edən kim olur olsun, ona ancaq mənfi münasibət olmalıdır”.

Göründüyü kimi, ermənilər öz xilaskarları olan rusların tələb və təkidlərinə belə məhəl qoymurlar. Nəticədə rus əsgərlərinin Xankəndindəki paradı onların babalarının qatili olmuş faşist Njdenin heykəlinin kölgəsində keçəcək. Belə çıxır ki, ruslar, rus əsgəri, zabiti, ordu rəhbərliyi bunu özünə yaraşdırır və özünü belə alçaldıcı münasibətə layiq bilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=163386

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930