Qafan-Gorus yolunda SON VƏZİYYƏT: ermənilər təşvişdədir

26.08.2021 - 15:00

 

Qafan-Gorus yolunda SON VƏZİYYƏT: ermənilər təşvişdədir

 

Qafan-Gorus magistral yolunun Azərbaycan ərazisindən keçən hissəsinin bağlanmasından sonra Şurnuxu, Şahverdilər və Bardzravan kəndinin ana yolla bağlantısı kəsilib.

Ermənilər Bardzravan kənd icmasının rəhbəri Onik Avagyan deyib.

Onun sözlərinə görə, bu kəndlərdən Gorus-Qafan magistral yoluna çıxmaq üçün mümkün alternativ yollar istifadəyə yararsızdır: “Meşənin yaxınlığında tatevə gedən torpaq yollar pis vəziyyətdədir, orada avtomobillə getmək mümkün deyil”.

Şurnuxu kənd icmasının sədri Akop Arşakyan deyir ki, alternativ yolların düzəldilməsi 15 gün vaxt ala bilər.

Ermənilər Azərbaycan tərəfi ilə danışıqlar aparmaq istəyib. Lakin Azərbaycan tərəfi rus sülhməramlılarının rəhbərliyi ilə danışıq aparıla biləcəyini qeyd edib. Sülhməramlıların rəhbəri Rüstəm Muradov və digər rəhbər şəxslər məzuniyyətdədir.

Sünik (Zəngəzur) qubernatorunun müavini Narek Babayan bildirib ki, Gorus-Qafan yolunun Azərbaycan ərazisinə düşən hissəsinə alternativ olan yolun istifadə edilməsinin mümkünlüyü yoxlanılır.

“Bu yolun bir hissəsi asfaltlanıb, digər işlər davam etdirilir. Lakin iş ilin sonuna başa çata bilər. Hazırda alternativ yola bir yük maşını buraxılıb, əgər bu maşın keçə biləcəksə, digər maşınlar bu yola yönəldiləcək”, – o bildirib.

Qeyd edək ki, Ermənistanın xaricə iki əsas çıxışı var. Biri Dilican (Tavuş) istiqamətində Gürcüstana, digəri Gorus-Qafan yolu ilə İrana gedən yoldur. Azərbaycan bu çıxışlarından birini faktiki bağlamaqla İrəvana nələr edə biləcəyini göstərir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=166368

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930