Hacıqabulda 1500 nəfərlik toya necə icazə verilib?

13.11.2021 - 17:16
Dünən Hacıqabulda yerləşən “Qədirxum” restoranında karantin qaydalarını pozaraq 1500 nəfərlik toy şənliyi keçirilib.

AFN-ə bu barədə yerli sakinlər məlumat verib. Bildirilir ki, Bakı-Qazax maqistral avtomobil yolunun kənarında yerləşən məhşur “Qədirxum” restoranında böyük toy şənliyi keçirilib. Toy şənliyi “Qədirxum” restoranın sahibi Hacı İltifatın oğlu Əbil üçün qurulub. Məclisdə 1500 nəfərdən çox qonaq iştirak edib. Rusiyadan gələn soydaşlarımız, millət vəkilləri, müxtəlif dövlət qurumlarının nümayəndələri də məclisdə iştirak edib. Ən maraqlısı odur ki, 1500 nəfərlik məclisin keçirilməsi üçün portala 10 nəfərin adından sifariş verilib. Guya həmin gün restoranda 10 nəfərin toyu olub, əslində isə bir nəfər üçün məclis qurulub.
Məlumatda o da bilririlir ki, Hacıqabul rayon polis şöbəsi tərəfindən toy sahibi 4 min manat məbləğində cərimələnib. Lakin fakt odur ki, məclis keçirilən vaxtı restorana polis əməkdaşları gəlməyib və hər kəsə tapşırılıb ki, video çəkiliş aparılmasın.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=168195

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2022
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031