Dindarlar niyə qalstuk taxmır?

30.11.2021 - 17:39

Günümüzdə rəsmi geyimlərin əsasını təşkil edən qalstukun ilk dəfə olaraq harada yaranması mübahisəlidir. Bəziləri onun qədim Misirdə, bəziləri isə Çində istifadə olunduğunu bildirir. Çoxları güman edir ki, qədim Çin imperatoru Şi Xuan Din müasir qalstuka bənzər aksesuar istifadə edib. Hərçənd ki, həmin qalstuklar müasir xələflərindən xeyli dərəcədə fərqlənirdilər, düyün vurulmurdu və bugünkündən fərqli olaraq konkret məna kəsb edirdi.

 

Qalstukun avropa mədəniyyətinə gəlişi isə 17-ci əsrin ortalarına təsadüf edir. Belə ki, 1635-ci ildə 30 illik müharibə dövründə, Fransa Kralı XIII Luis üçün döyüşən 160 minə yaxın legioner arasında bir qrup əsgər var idi ki, onlar geyimlərindəki bir elementə görə digər döyüşçülərdən fərqlənirdilər. Xorvatiyadan olan bu əsgərlərin boğazlarına bağladıqları dəsmallar kralın diqqətini cəlb etmişdi. Müharibə bitdikdən sonra Parisə qayıdan həmin cəngavərlər kralın hüzuruna gətirilir. Onların boynundakı rəngli dəsmallar kralın o qədər xoşuna gəlir ki, boğazına dəsmal bağlayan əsgərlərdən ibarət alay yaradır. Bu alayın adı isə “croat” yəni “xorvat” olur.

 

Bundan sonra qalstuk fransız elitası arasında geniş yayılır. Daha sonra bu dəb İngiltərədə də populyarlaşır.

 

İlk vaxtlarda fransada qalstuku 5 formada bağlamaq mümkün idisə, hazırda bu rəqəm 200-ə yaxındır. Geyim aksessuarının əhatə dairəsi 70-ci illərdən sonra daha çox genişləndi.

 

Avropada geniş yayılan bu geyim aksessuarından müsəlman dövlətlərində yaşayan kişilər demək olar ki, istifadə etmirlər. Bunun dinlə hansısa bir əlaqəsi varmı?

 

Tanınmış ilahiyyatçı, Qafqaz Müəslmanları İdarəsinin (QMİ) rəsmisi Hacı Şahin Modern.az-a bunun səbəblərini açıqlayıb:

 

“Ümumən dində belə bir prinsip var ki, yad mədəniyyətin təsirindən özünüzü qoruyun. Amma bununla belə demək olmaz ki, müsəlman ölkələrində qalstukdan istifadə olunmur. Bir çox müsəlman ölkələrində bu geyim aksessuarı istifadə olunur. Təbii ki, dində qalstukla bağlı konkret olaraq hansısa qadağa yoxdur. Ümumi belə bir prinsip var ki, yad mədəniyyətini təsirindən özünüzü qoruyun. Quranda da buna uyğun ayələr var. Bəziləri qalstuku Qərb mədəniyyətinin rəmzi hesab etdiyindən ondan imtina edir. Bu həm də milliliyi qorumaq məqsədi daşıyır”.

 

İlahiyyatçı qeyd edib ki, bəzi müsəlman xalqlar da öz mədəniyyətlərini qorumaq üçün milli geyimlərinə üstünlük verirlər və bu səbəbədən qalstukdan istifadə etmirlər.

 

“Din xadimləri bəzən ruhani paltarda olduqlarından qalstukdan istifadə etmirlər. Pakistan, Əfqanıstan və Ərəb ölkələrində çox vaxt üstünlüyü milli geyimlərə verirlər, İranda isə qalstukdan istifadə olunmur. Amma eyni zamanda adını çəkdiyim ölkələrdə bəziləri qalstukdan istifadə edir. Yəni, bu daha çox şəxsi seçim və milli adətlərlə bağlı olan məsələdir”, – deyə Hacı Şahin bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=168487

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930