Ermənistanı tərk edənlər Rusiya vətəndaşlığı alırlar – RƏSMİ

15.01.2022 - 13:32

Ötən il Rusiya Federasiyasının vətəndaşlığını alanlar daha çox Ukrayna, Tacikistan, Qazaxıstan və Ermənistandan olan şəxslərdi.

Bu barədə TASS-a Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
“2021-ci ilin 11 ayı ərzində 667 mindən çox əcnəbi vətəndaş və vətəndaşlığı olmayan şəxs Rusiya Federasiyasının vətəndaşlığına qəbul edilib. 2020-ci ilin eyni dövründə isə təxminən 563 min nəfər Rusiya vətəndaşlığına qəbul edilmişdi.
2021-ci ildə Rusiya vətəndaşlığını qəbul etmiş əcnəbilər arasında Ukrayna, Tacikistan, Qazaxıstan, Ermənistandan olanlar öndə gedir”, – Daxili İşlər Nazirliyi bildirib.

Nazirlik həmçinin qeyd edib ki, 2021-ci ilin 11 ayı ərzində 800-dən çox, 2020-ci ilin eyni dövründə 950-yə yaxın, 2019-cu ildə isə 730-a yaxın xarici yüksək ixtisaslı mütəxəssis Rusiya vətəndaşlığına qəbul edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=169525

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2022
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31