İrəvanda gərginlik – Hökumət binası mühasirəyə alındı

13.05.2022 - 19:07

Ermənistan müxalifəti İrəvanda hökumət binalarından birini mühasirəyə alıb.

Cumhuriyyet.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, mühasirəyə “Müqavimət” hərəkatının lideri İşxan Sağatelyan rəhbərlik edir.

O bildirib ki, binaya daxil olmaq lazım deyil, sadəcə olaraq bütün girişləri bağlamaq vacibdir. Mühasirədə olan binada Əmək Nazirliyi, Səhiyyə Nazirliyi və Ətraf Mühit Nazirliyi, həmçinin Statistika Komitəsi yerləşir.

Sağatelyanın sözlərinə görə, binada yerləşən nazirliklər artıq vətəndaşların maraqlarına xidmət etmir. Müxalifət funksioneri nazirlik rəsmilərini rəhbərliyin təzyiqlərinə boyun əyməməyə və onlara qoşulmağa çağırıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=174993

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2022
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031