Litva prezidenti azərbaycanlı biznesmenləri ölkəsinə DƏVƏT ETDİ

18.05.2022 - 21:43

“Mən ölkələrimiz arasında biznes əlaqələrini daha da möhkəmləndirmək üçün Azərbaycanın işgüzar dairələrini bu ilin ikinci yarısında Litvaya səfərə dəvət edirəm”.

 

Cumhuriyyet.az xəbər verir ki, bunu Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycan-Litva biznes forumunun açılışında deyib.

 

“İqtisadi əməkdaşlıq üçün istifadə olunmamış geniş imkanlarımız var. Görürəm ki, Azərbaycanın qlobal iqtisadiyyatda oynadığı rolu daha da artacaq və əslində, ölkə artıq çoxsaylı nailiyyətlərə imza atıb. Ukraynadakı müharibə qlobal ticarəti yenidən nizamlayır. Asiya ilə Avropanın kəsişdiyi məkanda yerləşən Azərbaycan qlobal ticarətdə ən mühüm rollardan birini oynayır və oynayacaqdır. Yaşıl iqtisadiyyat və innovasiyalarla bağlı məqsədlər sizin gələcək iqtisadi perspektivlərinizi və gücünüzü şərtləndirən əsas meyarlardır.

 

Mənim ölkəmin – Litvanın çox saylı təklifləri var. Litvada geniş maliyyə və vergi imtiyazlarına malik yeddi azad iqtisadi zona var. Rəqəmsal infrastrukturumuz sürətlidir və münasib tariflərə əsaslanır. O, Avropa İttifaqında ən yaxşılar sırasındadır. Lazımi şəkildə inkişaf etmiş şose və dəmir yolu xətləri, hava və dəniz nəqliyyatı ölkəmin digər üstünlüklərini təşkil edir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=175392

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930