Jurnalist Qadir İbrahimli vəfat etdi

20.05.2022 - 13:48

Tanınmış jurnalist, “İstiqlal.az” saytının rəhbəri Qadir İbrahimli vəfat edib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə onun müalicə olunduğu Respublika Kliniki Xəstəxanasından bildirilib.

Mərhumun dostu Niyaz Niftiyev deyib ki, Q.İbrahimlinin nəşi doğulduğu Lənkəran şəhərinə aparılacaq.

Xatırladaq ki, Q.İbrahimli mayın 18-də qaraciyər serrozu diaqnozu ilə Respubılika Kliniki Xəstəxanasına yerləşdirilmişdi. O, həm də şəkər xəstəliyindən əziyyət çəkirdi.

Qadir İbrahimli 1968-ci ildə Lənkəran şəhərində doğulmuşdu. Orta məktəbi Lənkəranda bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil təhsil alıb.
1996-cı ildə ali təhsilini başa vuran Q.İbrahimli müxtəlif media orqanlarında, o cümlədən “Azadlıq” qəzetində işləyib. O, 2011 və 2014-cü illər arasında “Yeni Müsavat” qəzetində iqtisadi məsələlər üzrə şərhçi kimi çalışıb.
2014-cü ildən yaratdığı İstiqlal.az saytına rəhbərlik edirdi. Bununla yanaşı, “Güzəran” Sosial Araşdırmalar İctimai Birliyinin sədri idi.
Q. İbrahimli bir müddət Odlar Yurdu Universitetində dərs də demişdi.

Mərhum jurnalistin bir qız və bir oğul övladı yadigar qalıb.

Allah rəhmət eləsin.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=175503

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930