Putin Aşqabada gəldi – İlham Əliyevlə də görüşəcək

29.06.2022 - 13:50


Rusiya prezidenti Vladimir Putin Xəzər sammitində iştirak etmək üçün Türkmənistanın paytaxtına uçub.

Cumhuriyyet.az Ria Novosti-yə istinadən xəbər verir ki, bir gün əvvəl Tacikistanda olan Putin orada dövlət başçısı Emomali Rəhmonla danışıqlarda iştirak edib.

Putin Aşqabadda altıncı Xəzər sammitində iştirak edəcək. Rusiya tərəfi gözləyir ki, sammitdən sonra iştirakçı ölkələrin liderləri regionda əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı razılaşdırılmış mövqelər haqqında kommünike qəbul edəcəklər.

Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bir müddət əvvəl jurnalistlərə bildirib.

Sammit çərçivəsində Putin bir sıra ikitərəfli görüşlər də keçirəcək. Belə ki, dövlət başçısı şəxsi söhbət zamanı Türkmənistanın eks-prezidenti, ölkə parlamentinin yuxarı palatasının sədri Qurbanqulu Berdiməhəmmədovu 65 illik yubileyi münasibətilə təbrik edəcək.

Putinin Türkmənistanın hazırkı prezidenti Serdar Berdiməhəmmədov, Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti İbrahim Rəisi ilə də görüşləri gözlənilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=177689

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2022
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031