DİN-in 4 polkovnikinə general rütbəsi verildi
Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
Cumhuriyyet.az xəbər verir ki, Sərəncama əsasən, Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilib:
– Polis polkovniki Canpolad Alı oğlu Daanova;
– Polis polkovniki Namiq Zirəddin oğlu Həsənova;
– Polis polkovniki Vüqar Hidayət oğlu Ələkbərova;
– Polis polkovniki Sərdar Süleyman oğlu Səfərova.
Short URL: https://www.cumhuriyyet.net/?p=177852