cumhuriyyet.net
Kiril Petkov Azərbaycana gəlib • Cumhuriyyət
Bolqarıstan Respublikasının Baş naziri vəzifəsini icra edən Kiril Petkov iyulun 21-də Azərbaycan Respublikasına səfərə gəlib. Cumhuriyyet.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Kiril Petkovu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.
nesimi